Accessibility links

Tramp Klintonu irqi ayrı-seçkilikdə günahlandırır


Qaradərililərin 89 faizi Klintonu, 5 faizi isə Trampı dəstəkləyir

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp çərşənbə axşamı Afro-amerikalılara müraciət edib. Tramp Demokrat rəqibi Hillari Klintonun azlıqları onları əsas seçici qüvvəsi kimi gördüyünü deyib.

“Biz Hillari Klintonun irqi ayrı-seçkiliyini rədd edirik,” deyə Tramp Viskonsin ştatında tərəfdarları önündə çıxış edərkən bildirib.

Tramp Demokratlar Partiyası, xüsusilə Obamanın seçilməsindən sonra qaradərililərın tam dəstəyini qazandığını deyib. O, demokratların siyasətinin “daha çox cinayət yaratdığını, evləri dağıtdığını və yoxsulluq həddini artırdığını” bildirib.

Tramp həmin azlıqların səslərini qazanmaqda böyük çətinliklərlə üzləşib. Bu ay aparılan sorğular səsvermə qeydiyyatından keçən qaradərililər arasında ona dəstəyin çox az olduğunu göstərib.

“Los Angeles Times” qəzetininin keçirdiyi sorğular qaradərililərin Klintona dəstəyinin 89 faiz olduğu halda, Trampı 5 faiz qaradərilinin dəstəkləndiyi müəyyən edib.

Tramp Klintonun ölkə polisinə qarşı olduğunu deyərək, “polisə qarşı müharibə sona çatmalıdır” bildirib.

“Bizim yoxsul icmalarımızda problem polisin çox olması deyil, polisin kifayət qədər olmamasıdır. Ölkənin daha çox hüquq-mühafizə orqanları, ictimai öhdəlik və daha effektiv polis fəaliyyətinə ehtiyacı var,” deyə o əlavə edib.

XS
SM
MD
LG