Accessibility links

Tramp və Klinton seçkilərə iki həftə qalmış Floridada kampaniya aparır


ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp seçki gününə iki həftə qalmış əsas diqqətlərini seçkidə mühüm ştat olan Floridaya yönəldib.

Florida ştatın noyabrın 8-də prezident seçkiliərində namizədələr arasında fərqin yaxın olduğu ştatlardan biridir. Ağ Ev uğrunda mübarizədə qələbə əldə etmək üçün Seçki Kollegiyasının lazım olan 270 nümayəndəsinin səsi alınmalıdır. Floridada qələbə əldə edən namizəd bu ştatda 29 nümayəndənin səsini alır.

Amerika Birləşmiş Ştatlarında prezident Seçki Kollegiyası vasitəsilə seçilir. Ölkənin seçki sisteminə görə, əhalisi böyük olan ştatlar böyük önəm daşıyır.
Floridada keçirilmiş rəy sorğuları ABŞ-ın ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Hillari Klintonun Donald Trampdan dörd faiz irəlidə olduğunu göstərir. Ştatda artıq 1,6 milyon seçici erkən səsvermədə iştirak edib.
Rəy sorğularınsa əsasən, Donald Tramp Hillari Klintondn ölkə üzrə beş faiz geri qalır. Trampın seçkinin nəticələrinə təsir göstərə biləcək başqa ştatlarda da Klintondan geri olduğu bildirilir.

Tramp son üç gün ərzində Floridanın yeddi şəhərində olub və seçicilərlə görüşlərdə irəlidə olduğunu deyib. O, "seçkiləri saxtalaşdırmaq" üçün medianı Klintonun kampaniyasına qoşulmaqda ittiham edib, lakin səsvermə zamanı pozuntularla əlaqədar heç bir dəlil göstərə bilməyib.

Qələbə çalacağına əmin olan Kliton dəfələrlə Trampın Amerika lideri olmaq üçün səriştəsi olmadığını deyib. Klinton son günlər əsas diqqəti Respublikaçıların həm Senat, həm də Nümayəndələr Palatasında üstünlüyə malik olduğu Konresə seçilmək uğrunda rəqabət aparan demokratlara dəstək verir.

XS
SM
MD
LG