Accessibility links

Donald Tramp və Hillari Klinton kampaniyalarını davam etdirir


Donald Tramp və Hillari Klinton prezidentliyə nominasiya üçün qələbə əldə etdikləri ştatlarda kampaniyalarını davam etdirir.

Tramp Nyu Hempşir, Klinton isə Ayova ştatında seçicilərlə görüşüb. Bu ştatların seçkilərin nəticələrinə təsiri böyük olmayacaq. Məhz bu səbəbdən seçki sistemi kollegiyası əhali baxımından sıx olan Miçiqan kimi statlara üstünlük verir.

Miçiqan 16, Florida 29, Ayova və Nyu Hempşir isə ikisi birlikdə 10 seçki kollegiyası səsinə malikdir.

Sabah hər iki namizəd Miçiqanda ayrı-ayrı yürüşlərə qatılacaq.

Dünən Klinton şimal-şərqdə Nyu Hempşir ştatında onun bir zaman rəqibi olmuş Vermont senatoru Berni Sanderslə gənc seçiçilərin dəstəyini qazanmaq məqsədilə birgə kampanya tədbirində iştirak edib.

Kintonların qızı Çelsi isə Şimali Karolina ştatında anasının xeyrinə kampaniya aparıb. Klinton və onun respublikaçı rəqibi Donald Tramp kampaniya müddətində bir neçə dəfə bu ştatda olub.

Tramp yarışların sonuna qalan vaxtla bağlı Viskonsinə tərəfdarlarına bunları deyib: “Sizin arzularınızın həyata keçməsinə altı həftə qalır."

O, Klintonu kampaniyasına ara verdiyinə görə tənqid edərək, Google-ı Klinton handa yazılan pis xəbərləri silməkdə günahlandırıb.

Ağ Ev ABŞ prezidentliyinə namizədlər-demokrat Hillari Klinton və respublikaçı Donald Trampın ilk debatlarını 2016-ci il seçkilərinin həlledici anları kimi qiymətləndirib.

Namizədlər arasında daha 2 debat keçirilməlidir. Lakin gələn həftə baş tutacaq debatlarda vitse-prezidentliyə namizədlər-demokrat Tim Keyn və respublikaçı Mayk Pens yarışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG