Accessibility links

Tramp: Koronavirusa qarşı peyvəndin paylanması üçün ordu səfərbər ediləcək


Prezident Donald Tramp hazır olduqda və ilk növbədə yaşlı amerikalılar olmaqla, yeni bir koronavirus peyvəndini paylamaq üçün ABŞ hərbi qüvvələrini səfərbər edir.

"Bilirsiniz ki, bu peyvəndi paylamaq çox böyük bir işdir. Ordumuz indi səfərbər olunur və ilin sonunda biz bunu sürətli bir şəkildə çox insana verə biləcəyik" - deyə, Tramp Fox Business Network-da cümə axşamı yayımlanan müsahibəsində bildirib.

O, peyvəndin ilin sonuna qədər hazır olacağına inandığını və Birləşmiş Ştatların hərbi və digər qüvvələrinin bunun üçün səfərbər olacağını deyib.

Ağ Ev 2020-ci ilin sonunadək 300 milyon peyvənd hazırlanacağını qarşısına məqsəd qoyub. Bu patogenə qarşı inkişaf, istehsal və yayılan vaksinlərin heç biri təsdiqdən keçməyib. Effektiv vaksin ABŞ iqtisadiyyatının canlandırılması yolunda mühüm addım hesab edilir.

Trampın planı çərşənbə axşamı Senatdakı yüksək səviyyəli yoluxucu xəstəliklər mütəxəssisinin verdiyi məlumatlarla ziddiyyət təşkil edir.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna rəhbəri, doktor Entoni Fauçi deyib ki, peyvəndin məktəblər və universitetlər dərslərini bərpa edənə, payıza qədər aşılanacağını düşünmək uzaq bir xəyaldır.

XS
SM
MD
LG