Accessibility links

Tramp Manafortun əfvini istisna etmir


ABŞ prezidenti Donald Tramp bir dönəm 2016-cı il prezident seçki kampaniyasının sədri olan Pol Manafortu əfv etmək ehtimalının olduğunu deyir. Manafort maliyyə fırıldaqçılığı ittihamları səbəbilə həbs cəzası ilə üzləşir.

Tramp Ağ Evdə The New York Post qəzetinə verdiyi müsahibədə bildirib ki, o, Manafortu əfv etmək məsələsini heç vaxt müzakirə etməyib, lakin bunu istisna etmir.

Avqust ayında Vaşinqton şəhəri yaxınlığında Virciniya ştatının şimalında münsiflər məhkəməsi Manafortu Ukraynada siyasi müşavir kimi çalışdığı dövrdə vergi və bank fırıldaqaçılığına görə 8 maddə üzrə günahkar tanıyıb.

Prokurorlarla əməkdaşlıqla bağlı razılıq əldə ediləndən bir neçə ay sonra xüsusi prokuror Manafortu federal müstəntiqlərə dəfələrlə yalan danışaraq əməkdaşlıq razılığını pozmaqda günahlandırıb. Manafortun vəkilləri isə bu ittihamları rədd edib.

Manafortun prokurorlarla əməkdaşlıq etməkdən geri çəkilməsi onun Trampdan əfv gözlədiyinə dair spekulyasiyalara səbəb olub. Tramp Müllerin 18 aydır davam edən istintaqını dəfələrlə bitməyən “ifritə ovu”adlandırıb.

XS
SM
MD
LG