Accessibility links

Tramp Nyu-Meksiko ştatında kampaniya tədbiri keçirib


Birləşmiş Ştatlar prezidenti Donald Tramp neft və qaz bumunun ştatın gəlirlərinin artmasına yardım etdiyi ilə öyünərək bazar ertəsi axşam Nyu-Meksikoda kampaniya tədbirində iştirak edib.​

Rio Rançoda çıxış edən Tramp hal-hazırda Birləşmiş Ştatların “neft və təbii qazın bir nömrəli istehsalçısı” olduğunu iddia edib.

O bu yaxınlarda Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumlara da toxunub.

“Bilirsiniz, bir neçə il əvvəl Yaxın Şərqdə iki gün öncə gördüyümüz kimi problemimiz olsaydı, biz də panikada olardıq. Mən sizin prezidentiniz olmasaydım da bizdə panika yaranmazdı. Biz təşviş içində olmaq istəmirik. Lakin bir neçə il əvvəl panikada olardıq. Bu gün bizim çoxlu qazımız, çoxlu neftimiz var.”

Nyu-Meksiko Trampın kampaniyasına maliyyə toplamaq üçün Kaliforniyanın da daxil olduğu üç günlük səfərinin ilk dayanacaqdır.


XS
SM
MD
LG