Accessibility links

Ağ Ev: Tramp və Putin arasında görüş iyulun 7-də baş tutacaq


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş cümə günü iyulun 7-də baş tutacaq. Bu haqda açıqlama verən Ağ Ev iki lider arasında müzakirə olunacaq məsələlər haqda məlumat verməyib.

Tramp və Putin Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində görüşəcək.

Bundan əvvəl Tramp-Putin görüşü haqda məlumat Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakova istinadən Röyters xəbər agentliyi tərəfindən verilmişdi. Uşakov jurnalistlərlə söhbətində görüşün iyulun 7-nə müəyyən edildiyini bildirmişdi.

Tramp və Putin arasında görüş zamanı müzakirə ediləcək mümkün məsələlər arasında Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi, Suriyada vəziyyət, Ukraynada münaqişədə Moskvanın rolu ilə əlaqədar sanksiyaların olacağı gözlənilir.

Görüş zamanı Rusiyanın əsas tələblərindən biri olan Obama administrasiyasının Moskvanın 2016-cı prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar cəzalandırma tədbiri olaraq Rusiyaya məxsus müsadirə edilmiş iki əmlakın qaytarılmasının qaldıralacağı gözlənilir.

ABŞ-ın da öz tələbləri var. Buraya amerikalıların Rusiyadan övladlığa uşaq götürülməsinə 2012-ci ildə qoyulan qadağanın aradan qaldırılması, eləcə də ABŞ-ın mədəniyyət və mübadilə proqramlarının genişləndirilməsinə imkan verilməsi daxildir.

XS
SM
MD
LG