Accessibility links

Tramp Putinin təbrik məktubundan razılığını ifadə edib


ABŞ mediasının verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin yeni seçilmiş prezident Donald Trampa məkbunda Birləşmiş Ştatlarla ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlığın bərpa edilməsinə istəyini ifadə edib.

Trampın keçid administrasiyasının cümə günü açıqladığı məktubda Rusiya prezidenti Donald Trampı Milad bayramı və Yeni il münasibətilə təbriklərini çatdırıb, eyni zamanda Rusiya-Amerika münasibətlərinin böhran vəziyyətindən çıxarılması istiqamətində birgə işə ümidini ifadə edib.

Rusiya liderinin sözlərinə görə, o, Birləşmiş Ştatların yeni prezidentinin vəzifəsinin icrasına başlamasından sonra iki ölkənin konstruktiv və praqmatik şəkildə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin bərpası istiqamətində real addımlar atacağına və iki ölkə arasında beynəlxalq arenada əmkədaşlığı yeni səviyyəyə çatdıra biləcəyinə əmindir.

Donald Tramp verdiyi açıqlamada məktubun çox yaxşı məktub olduğunu deyərək, orada ifadə edilmiş fikirləri düzgün adlandırıb.

"Ümid edirəm ki, hər iki tərəf bu ideyaları rellaşdıra biləcək və biz fərqli yolla getməli olmayacayıq"-deyə Donald Tramp bildirib.

Demokrat partiyasının liderləri və prezident Obama Putini Rusiya rəhbərliyi ilə bağlı daha kəskin mövqe tutan keçmiş dövlət katibi Hillari Klintonun məğlubiyyətinə nail olmaq məqsədilə ABŞ seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

XS
SM
MD
LG