Accessibility links

Tramp Putini seçkilərə müdaxilədə ittiham etmədi


Prezident Donald Tramp deyir ki, Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşdə o, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi üzərində "xeyli vaxt" keçirdi, lakin ABŞ lideri rus həmkarını birbaşa tənqid etməkdən vaz keçib.

ABŞ prezidenti Rusiyanın dövlət başçısı ilə Helsinki görüşünü "yaxşı başlanğıc" adlandırıb.

Bizim münasibətlərimiz heç vaxt indiki qədər pis olmayıb. Lakin bu, dörd saat öncə dəyişdi.
Donald Tramp, ABŞ Prezidenti

Donald Tramp bunu Putinlə 2 saatlıq görüşdən sonra Rusiya və Amerika rəsmilərinin danışıqları zamanı bildirib.

ABŞ-Rusiya əlaqələrinə dair Tramp deyib ki, son illər Rusiya ilə münasibətlər yaxşı olmasa da, bu qeyri-adi münasibətlərə son qoyacağımızı düşünürəm.

"Rusiya ilə yola getmək pis deyil, yaxşıdır," pezident bildirib.

Hər iki lider müxbirlərin 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsinə dair suallarına məhəl qoymayıb.

Görüş başlayınca ilk danışan Putin olub. O deyib ki, Trampla bir neçə dəfə telefonla, eləcə də beynəlxalq toplantılar çərçivəsində söhbətləri olub.

“Əlbəttə, ikitərəfli münasibətlər və dünyadakı bir sıra ağrılı nöqtələr barədə ətraflı danışmağın vaxtı çatıb”, - o deyib.

Tramp açılış nitqində Suriya münaqişəsi, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsi, Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi barədə bir söz deməyib.

O, ümidvar olduğunu bildirib ki, bu iki supergücün nüvə arsenalının azaldılması barədə razılaşma əldə olunacaq. Rusiya ilə Birləşmiş Ştatların dünyada nüvə silahlarının 90 faizinə malik olduğunu vurğulayan Tramp “ümid edirəm, bununla bağlı bir iş görə bilərik”, söyləyib.

Tramp daha əvvəl tvit edərək bildirib: "Bizim Rusiya ilə münasibətlərimiz indiki qədər PİS olmamışdı. Bunun üçün ABŞ-ın axmaqlığı və ağılsızlığına, indi isə cadügar ovuna minnətdarıq," deyə ABŞ dövlət başçısı Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqata işarə edib.

Rusiyanın Xarici İşlər Nazirliyi Trampın tvitinə "Biz razıyıq" deyə cavab verib.

Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə çox zaman ayırdığını deyib. ABŞ dövlət başçısı müzakirələri konstruktiv adlandırıb.

"Bugünükü görüş zamanı Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələsinə toxundum. Hesab etdim ki, ən yaxşısı bu mesajı birbaşa ötürməkdir," deyə Tramp bildirib.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsi qənaətinə gəlib. Lakin Putin mətbuat konfransındakı bəyanatında bu ittihamı inkar edərək hökumətinin Amerikanın daxili siyasətinə qarışmaq niyyətində olmadığını vurğulayıb.

Putin isə danışıqları "səmimi və uğurlu" adlandırıb.

Federal jüri cümə günü Rusiyanın 12 hərbi kəşfiyyat rəsmisini 2016-cı il prezident seçkiləri zamanı ABŞ Demokratlar Partiyasının kompüterlərinə daxil olmaqla təqsirli bilib. Rusiyalılara qarşı bu ittihamlar Moskvanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror tərəfindən irəli sürülüb.

Rusiyanın trol fabrikası kimi tanınan İnternet Araşdırma Agentliyinin baş qərargahı. Sankt-Peterburq.
Rusiyanın trol fabrikası kimi tanınan İnternet Araşdırma Agentliyinin baş qərargahı. Sankt-Peterburq.

Təqsirli bilinən əməliyyatçıların Hillari Klintonun seçki kampaniyasının könüllüləri və işçilərinin email hesablarına daxil olduqları və həmin yazışmaların ictimaiyyətə açıqladıqları bildirilir.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin digər aspekti Sankt-Peterburq şəhərində qərargahlaşmış və “troll fabriki” kimi tanınan İnternet Təhqiqatlar İdarəsinin sosial media vasitəsilə həyata keçirdiyi kütləvi təsiretmə əməliyyatları daxildir.

Fevral ayında jüri həmin idarənin 12 əməkdaşını və maliyyəçisini təqsirli bilmişdi.

Təqsirnamələr ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bazar ertəsi keçirilməsi planlaşdırılan zirvə toplantısı ərəfəsində elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG