Accessibility links

Tramp: Rozensteyni işdən çıxarmağı düşünmürəm


ABŞ prezidenti Donald Tramp Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Trampın ədaləti əngəlləyib-əngəlləmədiyinə dair istintaqına nəzarət edən baş prokurorun müavini Rod Rozensteyni işdən çıxarmağı planlaşdırmadığını deyir.

Ağ Evin sözçüsü bildirib ki, Tramp hüquq-mühafizə qrupu ilə söhbət etmək üçün bazar ertəsi Floridaya Rozensteynlə birlikdə uçub.

Ötən ay Rozensteynin 2017-ci ildə Ağ Evdə Trampın səsini gizlicə yazmağı və prezident vəzifəsini icra edə bilmədiyinə görə Trampın vəzifədən kənarlaşdırılmasını təklif etdiyinə dair xəbərlər yayılmışdı. Rozensteyn bu iddiaları rədd edib. Bazar ertəsi Floridada çıxışı zamanı isə Tramp bunları söyləyib:

“Baş prokuror müavini Rod Rozensteynə burada olduğuna görə təşəkkür edirəm. Biz buraya birlikdə gəldik. Mətbuat bizim nə haqda danışdığımızı bilmək istəyir. Bizim çox gözəl söhbətimiz oldu. Bunu deyə bilərəm”, Tramp söyləyib.

Trampın müşavirləri ona Rozensteyni işdən çıxarmamağı məsləhət görüb. Buna səbəb isə odur ki, qanunvericilər Ağ Evə Rozensteynin Müllerin 17 aydır davam edən istintaqına nəzarət etməyə davam etməsini istədiklərini bildirib.

Tramp Müllerin istintaqını dəfələrlə “ifritə ovu” adlandırıb və onun qalib gəlməsinə yardım etmək üçün seçki kampaniyasının Rusiya ilə əlaqəsi qurduğunu və ya ədaləti əngəllədiyini inkar edib.

Trampın bir neçə müşaviri Müllerin onlara qarşı ittiham irəli sürməsindən sonra günahlarını etiraf edərək, həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG