Accessibility links

Tramp: Rusiya Venesueladan çıxmalıdır


ABŞ prezidenti deyib ki, Rusiya Venesueladan çıxmalıdır. Donald Trampın çağırışı Rusiyanın hərbi personelinin Venesuelaya getməsindən bir neçə gün sonra səsələnir.

Dövlət başçısı Ağ Evdə Venesuelanın özünü prezident elan edən müxalifət lideri Huan Quaydonun xanımı Fabiana Rozales ilə birgə müxbirlərlə görüşüb.

Daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı həmkarlarına xəbərdarlıq edib ki, ABŞ Rusiyanın Venesuelada siyasi gərginlik yaratmasını kənardan tamaşa etməyəcək.

Dövlət Departamenti xəbər verir ki, Pompeo bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrova telefonla bildirib ki, Rusiyanın Maduro rejiminə hərbi dəstək göstərməsi böyük əksəriyyətlə müvəqqəti prezident Huan Quaydonu dəstəkləyən Venesuela xalqının iztirabının uzanmasına səbəb ola bilər.

Venesuela və Rusiya mətbuatı məlumat verib ki, iki Rusiya hərbi təyyarəsi bazar ertəsi Venesuelaya Rusiya müdafiə rəsmiləri və təxminən 100 hərbi qüvvə və avadanlığı apardıqdan sonra Moskvaya dönüb.

Dövlət katibi Rusiyanı qeyri-konstruktiv rəftarını dayandırmağa və Venesuela xalqının daha firavan gələcəyini fikirləşən əksər qərb yarımkürəsi ölkələrinə qoşulmağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG