Accessibility links

Trampın ABŞ seçkilərində qələbəsindən bir il ötür [Video]


Trampın ABŞ seçkilərində qələbəsindən bir il ötür
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Noyabrın 8-də Donald Trampın ABŞ-ın 45-ci prezidenti olaraq seçilməsindən bir il ötür. Trampın sürpriz qələbəsi ölkə və dünya boyu böyük şoka səbəb olmuşdu. Onun hakimiyyətdəki ilk doqquz ayı da demək olar çox qarmaqarışıq keçib. Tramp seçki kampaniyası zamanı etdiyi bəzi vədləri yerinə yetirsə də, digərlərini həyata keçirə bilməyib.

Bir il öncə seçki axşamı Donald Tramp çox az sayda insanın gözlədiyi qələbə ilə dünyanı şoka saldı.

Məncə respublikaçı elektorat artıq Trampın elektoratına çevrilib və onlar respublikaçıların prezident Trampı çətin vəziyyətə salmaq səylərini özlərinə qarşı hücum olaraq görür.
Con Fiheri

“Bu ölkədəki bütün demokratlar, respublikaçılar və müstəqillərə demək istəyirəm ki, biz xalq olaraq bir araya gəlməliyik”, deyə Tramp söyləyib.

İnaqurasiyası zamanı Tramp onun qələbəsinə böyük təsir göstərən fəhlə sinfinə bir vəd etmişdi.

“Siyasətçilər müvəffəq oldu, amma iş yerləri və fabriklər bağlandı. Buna dərhal son qoyulmalıdır”, Tramp deyib.

Strateq Con Fiheri deyir ki, Trampın qələbəsi ABŞ siyasətində seismik dəyişkliklərin olacağına işarə etdi.

“Məncə respublikaçı elektorat artıq Trampın elektoratına çevrilib və onlar respublikaçıların prezident Trampı çətin vəziyyətə salmaq səylərini özlərinə qarşı hücum olaraq görür”, o deyib.

Trampın prezidentlik dövrü səs-küylü başladı. Ona qarşı böyük etiraz nümayişləri keçirildi, inaqurasiyada toplaşan izdihamın həcmi ilə bağlı isə mübahisə yaşandı.

“Bu, inaqurasiyaya şahid olan ən böyük izdiham idi”, deyə mətbuat katibi Şon Spayser bildirmişdi.

Prezidentin ilk uğurlarından biri Ali Məhkəməyə namizədliyini irəli sürdüyü hakim Nil Qorsaçın nominasiyasının təsdiqi oldu.

Donald Trampın inaqurasiyası
Donald Trampın inaqurasiyası

Bundan əlavə isə o, iqtisadi vəziyyət, güclənən səhm bazarı və İslam Dövlətinə qarşı əldə olunan hərbi irəliləyişlər səbəbilə alqışlanır.

Lakin Tramp və onun respublikaçı müttəfiqləri Senatda səhiyyə planınn məğlub olması ilə tənəzzülə uğrayıb.

Allan Lixtman deyir ki, bu, prezidentin gündəmini ləngidib.

“Daha öncə hökümətin hər iki qolunu idarə edən heç bir hakim partiya Tramp adminstrasiyası və Konqresə nəzarət edən respublikaçılar kimi əli boş qalmayıb”, o deyib.

Prezidentin Twitter vərdişi, eləcə də Şarlotsvildə baş verən etirazlardan sonra verdiyi mübahisəli bəyanatı da çox sayda çəkişmələrə səbəb olub.

“Hər iki tərəfdə çox yaxşı insanlar da var idi”, o demişdi.

Onun prezidentliyi ətrafında dolaşan səs-küy eləcə də Konqresdə uğrur əldə bilməməsi Trampın etimad reytinqinin aşağı olmasına gətirib çıxarıb. Bunu Lari Sabato deyir.

“Hazırda amerikalıların çox böyük bir hissəsi Donald Trampın prezident olaraq zəif olduğunu düşünür, onlar onun iş performasını bəyənmirlər. Bu insanların sayı isə getdikcə artır”, Sabato söyləyib.

Hazırda amerikalıların çox böyük bir hissəsi Donald Trampın prezident olaraq zəif olduğunu düşünür, onlar onun iş performasını bəyənmirlər. Bu insanların sayı isə getdikcə artır.
Lari Sabato

Lakin Metyu Dalekin dediyinə görə, Trampın seçki kampaniyası üslubunda keçirdiyi mitinqlər və atdığı tvitlər onun əsas tərəfdarlarını ruhlandırıb və Konqresdəki əksər respublikaçıların sadiqliyinə gətirib çıxarıb.

“Onun etimad reytinqi 35, 38 faiz olduğu üçün Konqresə nəzarət edən respublikaçıların ona açıq şəkildə meydan oxuması çətinləşir”, Dalek söyləyir.

Sabatonun sözlərinə görə, bu yaxınlarda Rusiya istintaqı çərçivəsində irəli sürülən ittihamlar Ağ Evə kölgə sala bilər. Bu isə Trampın prezidentliyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.

“O bu vəziyyəti dəyişə bilərmi? Bəli. Yenidən seçilə bilərmi? Təbii ki. Bəzən ən çətin məsələ ilk dəfə seçilməkdir. Amma o həm gündəmini irəlilətmək, həm Respublikaçıların Konqresə nəzarəti qoruyub-saxlaması həm də yenidən seçilməsi üçün vəziyyəti çətinləşdirir.

Trampın qələbəsi ABŞ siyasətində həlledici bir məqam idi, lakin bunun ölkə və dünyaya təsiri hələ də qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG