Accessibility links

Tramp baş prokurordan razı deyil


ABŞ prezidenti Donald Tramp Rusiya hökümətinin ABŞ prezident seçkilərinə müdaxiləsi söz-söhbətlərinin dolaşdığı bir dövrdə baş prokuror Cef Seşşinsi yenidən diqqət mərkəzinə qoyub.

Prezident New York Times qəzetinə deyib ki, o Seşşinsin istintaqdan uzaq duracağını daha öncədən bilsəydi, həmin vəzifəyə başqa bir adam təyin edərdi.

Tramp qəzetə bildirib ki, Seşşinsin davranışı “prezidentə münasibətdə ədalətsizlik” idi.

Seşşins özünü kənara çəkəndən sonra, onun müavini istintaqı davam etdirmək üçün xüsusi müstəntiq təyin etmişdi. Həmin istintaq həm də, Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri də araşdırır.

Tramp bildirib ki, bu istintaq üçün xüsusi müstəntiq təyin edilməməli idi.

Senat və Nümayəndələr Palatası komitələri də öz istintaqlarını aparırlar.

XS
SM
MD
LG