Accessibility links

Demokrat senatorlar Trampı istefa verməyə çağırıb


ABŞ prezidenti demokrat qanunvericiləri cinsi təcavüzlə bağlı mübahisələri qızışdırmaqda ittiham edib.

Donald Tramp bunu Konqresin 56 qadın üzvünün Nümayəndələr Palatasının liderlərini prezidentin demokratları qərəzli mövqe tutması və ya iddiaları olan qadınları tanımamasını deməsinin araşdırılmasına çağırıb.

Azı 17 qadın prezidenti nalayiq hərəkətlərinə görə ittiham edib

Donald Tramp bu ittihamları Twitter-də irəli sürüb.

Tramp bundan əlavə Nyu-Yorkdan demokrat senator Kirstin Gillibrandı qınayıb. Gillibrand CNN xəbər agentliyinə prezidentə qarşı iddiaların etibarlı və çoxunun isə ürəkağrıdan olduğunu deyib.

Senator daha sonra tvit edərək bildirib ki, Tramp onunla bağlı müəyyən iddialara malik olan qadınların iddialarını rədd etmək gücünə malik deyil.

Təcavüzə məruz qalanlar
Təcavüzə məruz qalanlar

​Demokratik İsçi Qadın Qrupunun 56 təmsilçisi dünən Nümayəndələr Palatasının respublikaçı konqresmeni Trey Qoud və demokrat Elayca Kumminqsə məktub ünvanlayıb. Məktubda deyilir ki, azı 17 qadın prezidenti nalayiq hərəkətlərinə görə ittiham edib.

Qillibrand və 3 digər senator Trampı istefa verməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG