Accessibility links

Tramp Şarlotsvilldə zorakılıqları hüquq-mühafizə orqanlarının rəsmiləri ilə müzakirə edib


ABŞ prezidenti Donald Tramp keçən həftə sonu Virciniya ştatının Şarlotsvill şəhərində ağ supremasistlərin (ağ irqin aliliyini təbliğ edənlər-red.) yürüşü zamanı zorakılıqları müzakirə etmək üçün Ağ Evdə hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüş keçirib.

Tramp baş prokuror Ceff Seşşins və Federal Təhqiqatlar Bürosunun yeni direktoru Kristofer Rayla brifinq keçirmək üçün Nyu Cersi ştatında məzuniyyətdə olduğu qolf istirahət güşəsindən Vaşinqtona qayıdıb.

Tramp Şarlotsvilldə yürüş keçirən ağdərili millətçilər, neo-nasistlər və başqa qrupları kəskin qınamadığına görə ABŞ-ın nüfuzlu respublikaçı və demokrat liderlərinin tənqidlərinə məruz qalıb. Şarlotsvilldəki yürüş 19-cu əsrdə Amerikada Vətəndaş müharibəsi Konfederasiya qüvvələrinin başçısı olmuş Robert Linin heykəlinin götürülməsi planlarına etiraz olaraq keçirilib.

Şarlotsvilldə zorakılıqlar
Şarlotsvilldə zorakılıqlar

Trampın müşavirləri Seşins və Rey arasında görüşdən sonra açıqlama verməyiblər. Prezident Tramp jurnalistlərin onun supremasistlərlə bağlı mövqeyinə dair sualları isə əhəmiyyətsiz qoyub.

Ağ Ev bazar günü bildirib ki, prezident “zorakılğın, fanatizm və nifrətin bütün formalarını pisləyir və əlbəttə, buraya ağ supremasistlər, irqçi Ku Kluks Klan, neo-nasistlər və bütün ekstremist qruplar da daxildir”.

Şarlotsvilldə zorakılıqlar zamanı 32 yaşlı Hither Hayer adlı bir qadın ağdərili millətçilərə etiraz olaraq keçirilən mitinqdə avtomobil yüksək sürətlə kütlənin üzərinə sürülən zaman həyatını itirib. Hadisə zamanı 19 nəfər xəsarət alıb.

Polis maşının sürücüsü, 20 yaşlı Ceyms Aleks Fildsi şübhəli qismində saxlayıb. Ona qarşı adam öldürmə və başqa ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG