Accessibility links

Tramp ermənilərin qətllərini anıb, lakin soyqırım ifadəsini işlətməyib


ABŞ prezidenti 1915-ci ildə ermənilərin kütləvi qətllərinin anım günü münasibətilə bəyanatını açıqlayıb.

Donald Tramp hadisəni 20-ci əsrdə ilk kütləvi qətllər kimi qiymətləndirsə də, bunu soyqırım adlandırmayıb. Belə ki, ABŞ ermənilərin iddia etdiyi soyqırımı rəsmən tanımır.

Ermənistanda isə prezident Serj Sarkisyan və Apostol Kilsəsinin rəhbəri İkinci Karekinin başçılığı ilə anım mərasimi keçirilib.

Ermənistan 1.5 milyon erməninin öldürüldüyünü iddia etsə də, Türkiyə ermənilərin təşkilatlandırılmış şəkildə məhv edilməsini qəbul etmir.

XS
SM
MD
LG