Accessibility links

Donald Tramp: Dünya terrorizmlə mübarizədə "siyasi dürüstlüyə" yol verməməlidir


ABŞ prezidenti deyib ki, dünyanın terrorizmlə mübarizədə siyasi dürüstlüyə yol verməməlidir. Donald Tramp London hücumlarını məhkəmələrin 6 müsəlman ölkəsindən ABŞ-a səyahətlərini dayandırmasına nümunə kimi göstərib.

Ağıllı davranmasaq, vəziyyət daha da pisləşəcək

Twitter hesabında Amerika lideri Britaniyaya dəstək vəd verib, London merini tənqid edərək, onun terrora qarşı sərt mövqedən çıxış etmədiyini bildirib.

"Biz siyasi dürüstlüyü kənara qoymalı, xalqlarımızın təhlükəsizliyini təmin etməliyik. Ağıllı davranmasaq, vəziyyət daha da pisləşəcək"- deyə Tramp yazıb.

Trampın tənqid etdiyi London meri Sadiq Xan Avropa paytaxtına seçilən yeganə müsəlman liderdir.

Sadiq Xan
Sadiq Xan

Xan hücumları qınayaraq, onları londonlulara qarşı xain əməl adlandırıb. Mer şəhərdə əlavə polis qüvvələrinin yerləşdirilməsinin insanları qorxutmamalı olduğunu deyib.

Xanın sözçüsü bildirib ki, mer məşğul olduğu üçün Trampa cavab verməyə vaxtı yoxdur.

XS
SM
MD
LG