Accessibility links

Tramp texnologiya şirkətləri ilə dialoq və tərəfdaşlıq istəyir


ABŞ prezidenti seçilmiş Donald Tramp ölkənin bəzi böyük texnologiya şirkətləri ilə tanışlıq, eləcə də gərgin münasibətlərin yaxşılaşdırılması səylərinin bir hissəsi olaraq Silikon vadisinin korporasiya rəhbərləri ilə görüşlər keçirib.

Nyu Yorkda Tramp qülləsində keçirilən görüşdə Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberq, Amazon şirkətinin icraçı direktoru Ceff Bezos və Telsa Motors şirkətinin direktoru Elon Mask da iştirak ediblər.

Yeni prezident seçilmiş Tramp korporasiya rəhbərlərini istədikləri zaman birbaşa telefon etməyə çağırıb və hər üç aydan bir yenidən görüş keçirməyi təklif edib.

Trampın səmimi və barşdırıcı tonda danışdığı bildirilir.

Tramp innovasiyaların artırılması və yeni iş yerlərinin açılmasına imkan yol açacaq dialoq və tərəfdaşlığa başlamaq istədiyini deyib.

Texnologiya şirkətlərinin rəhbərlərinin heç biri görüşdən sonra açıqlama verməyib, lakin Bezosun verdiyi bəyanatda görüşün məhsuldar olduğu bildirilir.

Nəhəng texnologiya şirkətlərinin bəzi rəhbərləri seçkidən əvvəl Trampın Çin haqda kəskin tənqidi mövqeyinə görə onun prezidentliyindən ehtiyat edirdir. Tramp seçki kampaniyası dövrü həmçini ticarətə dair razılaşmaları ləğv edəcəyi və mühacirətin qarşısını alacağını ilə hədələyirdir. Bu isə texnologiya şirkətlərində yüksək ixtisaslı işçilərin sayının azalmasına gətirib çıxara bilər.

Texnologiya şirkətlərinin 200-dən çox işçisinin imzaladığı məktubda Trampın hakimiyyətə gələcək yeni administrasiyasına insanların dininə görə izlənilməsi, ya da kütləvi deportasiyalara gətirib çıxara biləcək məlumat bazası hazırlamasına kömək etməməyə çağırılır.

XS
SM
MD
LG