Accessibility links

Tramp Trudo ilə görüşdə USMCA ticarət sazişini yüksək qiymətləndirib


ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trudo Fransada Biarritsdə Böyük Yeddilər sammiti ikitərəfli görüş keçirib, avqust 25, 2019.

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trudo Fransada Biarritsdə Böyük Yeddilər sammiti çərçivəsində keçirilən görüşdə üçtərəfli ticarət sazişini yüksək qiymətləndiriblər.

"Açığı, orada masa ətrafında bir-biri ilə ticarət sövdələri əldə etmək istəyən insanların sayı çoxdur" – deyə Trudo bildirib. O əlavə edib ki, ABŞ və Kanada "orta təbəqə, fəhlələr və vətəndaşlar üçün yaxşı” bir sövdələşmə əldə edib.

Tramp bildirib ki, iki ölkə USMCA (ABŞ-Meksika-Kanada) sazişi imzalanan kimi aralarındakı ticarət əlaqələrini " əhəmiyyətli dərəcədə genişləndirəcək".

Danışıqlar artıq yekunlaşdırılıb, lakin saziş hələ ABŞ Konqresi tərəfindən ratifikasiya olunmayıb. Ağ Ev sazişin dərhal ratifikasiya olunmasında təkid edir, lakin demokratlar və həmkarlar ittifaqları bəzi maddələrin əvvəlcə təkmilləşdirilməli olduğunu bildirir.

USMCA 1994-ci ildə prezident Bill Klintonun imzaladığı Şimali Amerika Azad Ticarət (NAFTA) sazişini əvəz edir. Tramp görüş zamanı bu sazişi yenidən “imzalanmış ən pis ticarət sazişi" adlandırıb.

Tramp əlavə edib ki, NAFTA-dan pis Ümumdünya Ticarət Təşkilatıdır. "Ümumdünya Ticarət Təşkilatı – bu, gözəllikdir" – deyə, o bildirib.

Trudo sammitdə onun liberal hökumətinin proqramına uyğun olaraq iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərilməsinə çalışaraq, Kanadada oktyabr ayında qarşıdan gələn seçkilərdə bu məsələdə öz nailiyyətlərini vurğulamaq istəyir.

Sammitə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron Amazon tropik meşələrində yanğınlara xüsusi diqqət yetirilərək, iqlim dəyişikliyi məsələsini yüksək səviyyədə müzakirələrin gündəliyinə çıxarıb.

Şərhlərə bax

XS
SM
MD
LG