Accessibility links

Tramp və Kim ötən ay ərzində yazışdıqlarını bildirib


ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un ötən ay ərzində məktublaşdıqlarını bildirib.

Bu barədə xəbər ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyan Koreya yarımadasını nüvəsizləşdirmə məsələsini müzakirə etmək istəyərsə, Tramp administrasiyasının dərhal Şimali Koreya ilə danışıqları bərpa etməyə hazır olduğunu dediyi vaxta təsadüf edir.

Şimali Koreyanın dövlət xəbər agentliyi Trampın Kimə son məktubu barədə detallara varmayıb.

Kim bundan əvvəl Trampdan "gözəl məzmunlu" məktub qəbul etdiyini bildirib.

Trampla Kim arasında fevral ayında Hanoydə keçirilib ikinci sammit nəticəsiz başa çatıb və iki ölkə arasında rəsmi danışıqlar bundan sonra dayandırılıb.

Tramp çərşənbə günü Cənubi Koreya da daxil olmaqla, Asiya ölkələrinə səfər edəcək.

XS
SM
MD
LG