Accessibility links

Tramp Xüsusi Olimpiadanın maliyyələşdiriləcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp təhsil naziri və digərlərinin əvvəlki bəyanatlarına zidd olaraq Xüsusi Olimpiadaların maliyyələşdirələcəyini açıqlayıb.

"Mən düşünürəm ki, Xüsusi Olimpiada möhtəşəm olacaq və mən də onun maliyyələşdirilməsinə icazə verirəm. Mən bu haqda bu səhər eşitdim. Mən onların tələblərini rədd edirəm. Biz Xüsusi Olimpiadaları maliyyələşdiririk," deyə Donald Tramp bildirib.

Düşünürəm ki, Xüsusi Olimpiada möhtəşəm olacaq və mən də onun maliyyələşdirilməsinə icazə verirəm.

Oyunları maliyyələşdirən təhsil naziri Betsi Devosun bu həftə Tramp administirasiyasının 2020-ci il büdcə planının bir hissəsi kimi olimpiadalar üçün 18 milyon dollar ayırdığını açıqlaması ölkədə qalmaqala səbəb olmuşdu.

Xüsusi Olimpiadalar ABŞ və digər ölkələrdə yaşayan fiziki və zehni əngəlli insanlara olimpiada tərzli idman oyunlarında rəqabət aparmaq imkanı verir.

Betsi Devos cümə günü açıqladığı bəyanatında oyunların maliyyələşdiriləcəyindən məmnun olduğunu söyləyərək, olimpiadaların davam etməsi üçün şəxsən özünün səy göstərdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG