Accessibility links

Tramp xarici avtomobil tariflərini artırmağı planlaşdırır


ABŞ prezidenti Donald Tramp hökumətin Amerikaya idxal edilən avtomobillərə tariflərin tətbiqinə dair araşdırmasını başa çatdırdığını deyib.

ABŞ-da avtomobil istehlakçıları yeni tariflərin xarici maşınların qiymətini minlərlə dollar qaldıracağı barədə xəbərdarlıq verib.

Tramp tvit edərək deyib ki, Avropa maşınları artıq ticarət baryerləri və tariflər baxımından Amerikadan sui-istifadə edə bilməyəcək.

Prezident vəd edib ki, hər şey qaydasına düşəcək və bu, uzun sürməyəcək.

Amerikanın Volkswagen, General Motors və Toyota kimi şirkətləri təmsil edən Avtomobil Alyansı tariflərin 20 faiz artırılmasının maşınların bahalanmasından əlavə, ehtiyat hissələrinin dəyərini qaldıracağını bildirib.

Avropa İttifaqı ABŞ tariflərinin artımının cavabsız qalmayacağı ilə hədələyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG