Accessibility links

Trampın xarici siyasət sahəsində böyük dəyişikliklər edəcəyi gözlənilir [Video]


Trampın xarici siyasətdə böyük dəyişikliklər edəcəyi gözlənilir
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Donald Tramp prezidentliyə namizəd ikən böyük xarici siyasət sayəsində böyük dəyişikliklər edəcəyinə söz vermişdi. Bunların sırasına Rusiya ilə ümumi dil tapmaq, İran və Çinə qarşı daha sərt mövqe sərgiləmək və İsrailin lideri Benyamin Netanyahuya daha çox dəstək vermək daxildir.

Bu gündən etibarən “Amerika birinci olacaq. Ticarət, vergi, immiqrasiya və xarici siyasətlə bağlı qərarlarda Amerikanın maraqları öndə gələcək.
Donald Tramp

İnaqurasiya çıxışında ABŞ prezidenti Donald Tramp ölkənin xarici siyasətinin bir prinsiplə idarə olunmalı olduğunu təkid etdi.

“Bu gündən etibarən “Amerika birinci olacaq. Ticarət, vergi, immiqrasiya və xarici siyasətlə bağlı qərarlarda Amerikanın maraqları öndə gələcək.”

Hakimiyyətdəki ilk ayında prezident köhnə ənənələr və beynəlxalq münasibətlərə dəyişikliklər etməyə başlayıb.

Bu yaxınlarda Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu, prezident Barak Obamanın hakimiyyəti dövründə gərginləşən ABŞ-İsrail münasbitələrində yeni eranın başlanğıcını qeyd edən birlik nümayişi idi.

Prezidenliyə namizəd ikən Tramp ABŞ səfirliyini Tel Əvivdən Qüdsə köçürəcəyinə söz vermişdi və İordan çayının qərb sahilindəki məskunlaşmaya qarşı isti münasibət sərgiləyirdi. Lakin, prezident olaraq Tramp səfirliyi köçürməyi nəzərdən keçirdiyini qeyd edib və İsraili yaşayış məntəqələrini genişləndirmək planlarını təxirə salmağa çağırıb.

Birləşmiş Ştatlar uzun müddətdir israillilərlə fələstinlilər arasındakı münaqişəyə iki dövlətli həll yolu ilə son qoyulmasını dəstəkləyib. Birgə mətbuat konfransı zamanı isə Tramp özünü bu mövqedən uzqlaşdırıb.

İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

“Mən həm bir həm iki-dovlətli həll yollarını nəzərdən keçirirəm və mənim hər iki tərəfin dəstəklədiyi variant xoşuma gəlir.”

Tramp İranın nüvə silahları əldə etməsinin qarşısını alacağına söz verib və 2015-ci ildə Tehran və altı dünya qüdrəti arasında əldə olunan razılığı “çox pis sövdələşmə” adlandıraraq qınayıb.

Fevral ayında Tramp bu yaxınlarda həyata keçirdiyi balistik raket sınaqlarına görə Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.

“Mən İranın nüvə silahı inkişaf etdirməsinin qarşısı almaq üçün daha çox səy göstərəcəyəm.”

Tramp dəfələrlə İranla olan münasibətləri və 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyinə dair ittihamlara baxmayaraq, Rusiya ilə daha yaxın münasibətlərin yaxşı fikir olduğunu deyib.

WMən İranın nüvə silahı inkişaf etdirməsinin qarşısı almaq üçün daha çox səy göstərəcəyəm.
Donald Tramp

Bu, bəzi ABŞ qanunverciləri, eləcə də, avropalı müttəfiqləri narahat edir.

Həftəsonu Brüsseldə, ABŞ-ın vitse-prezidenti Mayk Pens avropalı tərəfdaşları arxayın etməyə çalışıb.

“Birləşmiş Ştatlar Rusiyanı cavabdeh tutmağa davam etdiyi bir vaxt, prezident Trampın təlimatı ilə biz onlarla yeni ümumi dil tapmağın yollarını axtaracağıq. Tramp isə bunun mükün olduğuna inanır.”

Tramp prezidentliyə namizəd ikən tez-tez Çini tənqid edib, valyuta manipulyatoru olmaqda ittham edirdi.

“Onlar oyunu qaydasına görə oynamırlar. İndi isə artıq bunu etmək vaxtıdır.”

O, Çin idxallarına tariflər tətbiq edəcəyini və ticarət siyasətini dəyişdirəcəyini vəd edib. Lakin hələ ki, Tramp administrasiyası bu məsələrlə bağlı sükutunu qoruyub saxlayır və əvəzində diqqətini geosiyasi məsələlərə yönəldib.

Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Tramp “Bütöv Çin” siyasətinə ehtiram göstərəcəyini desə də, ABŞ Çinin Cənub Çin Dənizinin böyük hissəsinə olan iddialarını sual edir. ABŞ Dəniz Donanamasının təyyarə daşıyıcısı bu yaxınlarda Cənub Çin Dənizində “müntəzəm əməliyyatlara” başlayıb.

Bu, Çinin həmin ərazidə Çinin suverenliyinə müdaxilə etməmək baradə xəbərdarlığına baxmayaraq edilir.

“Fikrimcə, Tramp administrasiyasında, əsasən də Cənub Çin Dənizi məsələsi ilə bağlı Çinə qarşı daha sərt mövqe sərgiləməyə dair bir stimul var. Lakin hələ ki, adminstrasiyanın bəyanatlarından Çinlə bağlı aydın bir siyasətin olub-olmadığını anlamaq mükün deyil.”

Yeni administrasiyanın ilk həftələrində Donald Tramp “Amerika birinci” siyasətinin nə olduğunu müəyyən edib, formalaşdırmağa çalışarkən, digər ölkələr artıq ABŞ-la münasibətlərdə böyük dəyişikliklərin olacağını gözləyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG