Accessibility links

Tramp Yaponiya və Çinin liderləri ilə telefon söhbəti aparacaq


Trump se reune con Japón y China para discutir programa nuclear de Corea del Norte
Trump se reune con Japón y China para discutir programa nuclear de Corea del Norte

Prezident Donald Tramp bazar günü Yaponiya və Çinin liderləri ilə ayrı-ayırlıqda telefon söhbətləri aparacaq.

Ağ Evin verdiyi açıqlamada Trampın Yaponiyanın baş naziri Şinzo Abe və Çin prezidenti Şi Tsinpinlə hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilməyib. Lakin müzakirələrin Trampın Şimali Koreya ilə bağlı artan narazılıqları və Pxenyanın son zamanlar keçirdiyi raket sınaqları ilə əlaqədar narahatlıqlar ətrafında aparılacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe

“Şimali Koreya ilə bağlı strateji təmkin dövrü nəticə verməyib, uzun illərdir nəticə verməyib. Açığı, təmkin artıq bitib”, Tramp bu yaxınlarda verdiyi açıqlamalardan birində bildirib.

Telefon danışıqları bu həftə Almaniyada Hamburqda Böyük 20-lərin sammitindən öncə aparılacaq. Tramp sammit çərçivəsində Abe, Şi, Cənubi Koreya prezident Mun Jae-in və ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. ABŞ prezidenti Cənubi Koreya prezidenti ilə cümə günü Ağ Evdə görüş keçirib.

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin

Bazar günü Hamburqda təxminən 10 min insan qarşıdan gələn sammitə etiraz bildirmək üçün nümayiş keçirib. Bu, növbəti günlər ərzində keçiriləcək 30 etiraz nümayişindən biridir. Bu nümayişlərin bir hissəsi Trampın siyasəti, o cümlədən, Amerika prezidentinin ABŞ-ı 2015-ci ildə Parisə əldə edilmiş iqim sazişindən çıxarmasına etiraz xarakteri daşıyır.

Adətən dünya liderlərinin toplaşdığı sammitlər təhlükəsizliyə nəzarətin daha asan olduğu istirahət güşələrində keçirilir.

Lakin Almaniya kansleri Angela Merkel Hamburq şəhərini seçməklə dünya liderlərinə etirazların demokratiyada mühüm rol oynadığını göstərmək istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG