Accessibility links

Tramp Ağ Evdə Lavrovu qəbul edib [YENİLƏNİB]


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Tramp və Lavrov danışıqlar zamanı Suriyada münaqişəyə son qoyulması üçün iki ölkənin birgə işləməsinin vacibliyini müzakirə etdiklərini bildiriblər. Tramp administrasiyasının Ukraynada münaqişənin həllinə sadiq qaldığını vurğulayıb.

Bu, Donald Trampın prezident seçilməsindən sonra onun Rusiyanın baş diplomatı ilə üz-üzə ilk görüşüdür.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putinin sözçüsü deyib ki, görüş “son dərəcə müsbət” keçib.

Dmitri Peskov müxbirlərə Rusiyanın Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırlmasına dair ehtiyatlı nikbinlik bəslədiyini deyib, amma bunun üçün hələ görüləşək çox işin olduğunu qeyd edib.

Tramp da Lavrovla görüşdən sonra müzakirələrin yaxşı keçdiyini deyib.

“Fikrimcə, Suriya məsələsində işləri yaxşı həll edə biləcəyik. Məncə, nələrsə başlayıb, işlər gedir və onlar həqiqətən də müsbətdir.”

Fikrimcə, Suriya məsələsində işləri yaxşı həll edə biləcəyik. Məncə, nələrsə başlayıb, işlər gedir və onlar həqiqətən də müsbətdir.
Donald Tramp

Lavrov Suriyada təhlükəsizlik zonalarının müzakirə edildiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik zonalarının faydası ilə bağlı “qarşılıqlı anlaşma” mövcuddur.

Lavrov Vaşinqtondakı Rusiya səfirliyində mətbuat konfransı zamanı deyib: “Bu, humanitar problemlərin həllinə yardım edəcək bir addım olacaq.”

Lavrov Ağ Evdə Trampla görüşdən öncə ABŞ Dövlət Departamentində dövlət katibi Reks Tillersonla danışıqlar aparıb.

Bu, humanitat problemlərin həllinə yardım edəcək addım olacaq.
Sergey Lavrov

Suriya böhranı və Ukraynada vəziyyət danışıqların diqqət mərkəzində olub. Hər iki məsələ ilə bağlı ABŞ və Rusiya arasında fikir ayrılıqları mövcuddur.

“Mən xarici işlər nazirini Dövlət Departamentində salamlamaq istəyirəm və ona bizim Vaşinqtonda başladığımız dialoqu və fikir mübadiləsini davam etdirmək üçün Vaşinqtona səfər etdiyinə görə təşəkkürümü bildirirəm”, deyə Tillerson Lavrovla danışıqlardan öncə bildirib.

Tillerson və Lavrovun Moskva görüşü
Tillerson və Lavrovun Moskva görüşü

Bu, 2013-cü ildən sonra Lavrovun Vaşinqtona ilk səfəridir.

Mən xarici işlər nazirini Dövlət Departmanentində salamlamaq istəyirəm və ona bizim Vaşinqtonda başladığımız dialoqu və fikir mübadiləsini davam etdirmək üçün Vaşinqtona səfər etdiyinə görə təşəkkürümü bildirirəm
Reks Tillerson

Lavrov və Tillerson keçən ay Moskvada görüş keçirib. Onların görüşü Birləşmiş Ştatlar və Rusiya arasında ABŞ-ın Suriya hökumət qüvvələrinin çox sayda mülki vətəndaş və uşağın ölümülə nəticələnmiş kimyəvi hücumuna cavab olaraq Suriyada hərbi hava bazasına raket zərbələri endirməsi ilə bağlı gərginliklərin mövcud olduğu vaxta təsadüf edirdi.

Vaşinqton görüşü Rusiya, İran və Türkiyənin Astanada danışıqlar zamanı Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair keçən həftə razılıq əldə etməsindən sonra keçirilir.

XS
SM
MD
LG