Accessibility links

Trampın səyahət qadağası nədir? [Video]


Trampın səyahət qadağası nədir?
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Trampın səyahət qadağası nədir?

ABŞ-ın federal apelyasiya məhkəməsi prezident Donald Trampın yeddi müsəlman ölkəsindən immiqrasiyaya qadağa qoyan sərəncamının bərpa olunması ilə əlaqədar arqumentləri nəzərə alacaq. Ötən həftə, federal hakim sərəncamın yerinə yetirilməsinin qarşısını aldı və indi Tramp administrasiyası üç hakimdən ibarət apelyasiya məhkəməsinin bu qərarı ləğv etməsini istəyir. Məhkəmə bunu nəzərə aldığı bir vaxt, sərəncamda adı hallanan ölkələrlə bağlı suallar yaranmağa davam edir.

Məqsəd Obama administrasiyasının müəyyən etdiyi ölkədən gələn insanların düzgün qaydada yoxlanılmalarını təmin etməkdir.
Şon Spayser

Tramp adminstrasiyasının mübahisəli immiqrasiya qərarının getdikcə daha da çox müqavimətlə üzləşdiyi bir vaxt, iki sual yaranır:

Səyahət qadağasının tətbiq edildiyi ölkələr necə seçildi?

Və nə üçün tarixən terrorla əlaqələndirilən digər ölkələr siyahıya daxil edilməyib?

Ağ Ev keçmiş administrasiyanın hazırladığı siyahıdan istifadə etdiklərini iddia edir.

“Məqsəd Obama administrasiyasının müəyyən etdiyi ölkədən gələn insanların düzgün qaydada yoxlanılmalarını təmin etməkdir.”

“Narahatlıq doğuran ölkələr” siyahısı 2015-ci il Vizanın Ləğvi Proqramının Təkmilləşdirilməsi və Terrorçuların Səyahətinin Qarşısının Alınması aktına əsaslanır.

Bu qanunun məqsədi İraq, Suriya və digər ölkələrdə döyüş meydanına səyahət edən Avropa ölkələrnin vətəndaşları olan “xarici döyüşçülərin” ABŞ-a vizasız səyahət hüququndan sui-istifadə etmələrinin qarşısını almaq idi.

Daha sonra Milli Təhlükəsizlik Nazirliyi siyahıya İran, Sudan, Somali, Liviya və Yəməni əlavə etdi.

Səyahət qadağalarının tətbiq olunmasına dair sərəncamda deyilir ki, 2001-ci ilin 11 sentyabr hücumundan bəri Birləşmiş Ştatlarda bir çox xaricdə anadan olmuş insan terrora cəlb olunub.

Lakin Şimali Karolina Universitetindən Çarlz Kurzman deyir ki, əgər qərarın məqsədi “ölkəni xarici terrorçulardan qorumaqdırsa,” o zaman Tramp administrasiyası səhv ölkələri seçib.

“Birləşmiş Ştatlarda həmin yeddi ölkədən gələn ekstremistlər tərəfindən heç kəs öldürülməyib.”

Kurzmanın müsəlmanların Birləşmiş Ştatrlarda zorakı ekstremizmdə iştirakı ilə bağlı araşdırmasının nəticələri onu göstərir ki, 11 sentyabrdan bəri ABŞ-da müsəlman amerikalı ekstremistlərin həyata keçirdiyi hücumlar 123 nəfərin ölümünə səbəb olub.

“Müsəlmanların Birləşmiş Ştatlarda törətdiyi zorakı ekstermizm, bu ölkədə baş verən digər qətl və zorakılıqlarla müqayisəsə çox azdır.”

Somali və ya Somalidəki mərkəzi hakimiyyət Birləşmiş Ştatlara siyasi baxımdan bir problem yarada bilməz, eynilə mərkəziləşdirilmiş hakimiyyəti olmayan Liviya da, vətəndaş müharibəsinin ortasında olan Suriya da.
Adnan Kifayət

Zorakı ekstermizmə qarşı mübarizə üzrə ekspert Adnan Kifayətin isə başqa yanaşması var. O deyir ki, bu yeddi ölkə sadəcə olaraq asan hədəfdir.

“Somali və ya Somalidəki mərkəzi hakimiyyət Birləşmiş Ştatlara siyasi baxımdan bir problem yarada bilməz, eynilə mərkəziləşdirilmiş hakimiyyəti olmayan Liviya da, vətəndaş müharibəsinin ortasında olan Suriya da.”

Kifayətin sözlərinə görə, Tramp administrasiyası, çox güman ki, siyahını genişləndirəcək.

Amma immiqrasiya ilə bağlı sərəncam məhkəmə sınaqları ilə üzləşdiyi üçün, onun gələcəyi hələ ki, qeyri-müəyyəndir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG