Accessibility links

Transxəzər Nəqliyyat Konsorsiumu yaradılıb


 Transxəzər
Transxəzər

Aprelin 13-də Bakıda Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, konsorsiuma Azərbaycan (“ADY Express” və “ACSC Logistics” ), Qazaxıstan (“KTZ Express”) və Gürcüstanın (“Trans Qafqasus Terminals”) dəmiryolu operatorları daxil olub.

Danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov Müçahidə Şurasının sədri seçilib.

Mayda tərəflər marşrut üzrə yük qatarlarının hərəkət cədvəlini müəyyən edəcək.

ADY-dən bildiriblər ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG