Accessibility links

ABŞ prezidenti: Çində həbsdən azad edilən amerikalı basketbolçular mənə təşəkkür edəcəklərmi?


ABŞ prezidenti Tweeter-də yazıb ki, Çində həbsdən azad edilən amerikalı basketbolçular ona təşəkkür edəcəklərmi? Donald Tramp idmançıların 10 il həbsdə qala biləcəklərini yazıb.

​Tramp ötən həftə Pekin görüşü zamanı çinli həmkarı Şi Cinpinqdən səxsən bu məsələ ilə məşğul olmağı xahiş edib.

Çində bahalı mağazadan oğurluq etməkdə şübhəli bilinərək həbs edilən üç ABŞ universitet basketbolçusu ABŞ-a qayıdıb.

LiAngelo Ball və Kody Riley
LiAngelo Ball və Kody Riley

Oyunçular LiAngelo Ball, Kodi Raley və Yalen Hill Louis Vuitton günəş eynəyi oğurlamaq ittihamı ilə həbs olunmuşdu. Onlar pul müqabilində keçən həftə azadlığa buraxılsa da, məhkəmə prosesi başa çatana qədər onların Hanqzou şəhərini tərk etməsinə icazə verilməyib.

Hadisə səbəbindən dünyanın diqqətini öz üzərilərinə çəkən Los-Anceles Kaliforniya Universitetinin oyunçuları çərşənbə axşamı Los-Ancelesə çatdıqları zaman jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

XS
SM
MD
LG