Accessibility links

Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədləri yerinə yetirməyə başlayıb [Video]


Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədləri yerinə yetirməyə başlayıb
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Birləşmiş Ştatlar prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədlərini yerinə yetirməyə başlayıb. Bunlar Birləşmiş Ştatlarla Meksika arasındakı sərhədə divar çəkmək və qeyri-qanuni mühacirlərin qarşısını almaq idi.

Çərşənbə günü cənab Tramp iki sazış imzaladı ki, bunlardan biri Birləşmiş Ştatların cənub sərhədinə təcili olaraq divar çəkilməsinə başlanması, digəri isə Birləşmiş Ştatların cənub sərhədlərinə hüquq-mühafizə orqanları işçilərini artırılması və federal mühacirət qanununa əməl etməyən şəhərlərin mühacir fondlarının kəsilməsidir.

Bu məsələyə Tramp prezidentlik kampaniyası zamanı bir neçə dəfə toxunmuşdu. “Biz cənub sərhədlərimizdəki böhranın ortasındayıq. Mərkəzi Amerikadan gələn qeyri-qanuni miqrant axını həm Meksikaya, həm də Birləşmiş Ştatlara zəzər vurur” deyə, cənab Tramp bildirmişdi.

Amerika Birləşmiş Ştatları sərhədlərinə nəzarətə başlayacaq və sərhədlərini geri qaytaracaq.”

Prezidentlik vəzifəsinə başlayandan bir neçə gün sonra Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşən cənab Tramp hər iki ölkənin təhlükəsizliyi üçün lazım olan divarın çəkilməsinə başlanmasına təcili göstəriş verdiyini deyib: “Sərhədsiz dövlət dövlət deyil. Bu gündən etibarən Amerika Birləşmiş Ştatları sərhədlərinə nəzarətə başlayacaq və sərhədlərini geri qaytaracaq.”

Bu bəyanat sərhəddə inşa ediləcək mübahisəli divarın pulunun Meksikanın ödəməsinə etiraz edən Meksika prezidenti Enrike Penya Nyetonun Ağ Evə ziyarətinin planlaşdırılmasından bir həftə əvvələ təsadüf edib.

Çərşənbə günü prezident Meksika xalqına heyranlığını ifadə edib və iki qonşu arasında sıx əlaqələrin olduğunu bildirib. “Müsbət ticarət, təhlükəsiz sərhədlər və iqtisadi əməkdaşlıq sahəsində birgə çalışacağımız təqdirdə, mən iki ölkə arasında münasibətlərın uzun zamandır olmadığından xeyli yaxşı olacağına inanıram.”

Birləşmiş Ştatlarla Meksika arasındakı 3200 km-lik sərhədə əlavə divar çəkilməs və sərhəd patrol qoşunlarının artırılması ilə yanaşı, sərəncamda ABŞ-da yaşayan 11 milyon qeyri-qanuni mühacirə verilən federal maliyyə yardımlarının kəsilməsi də nəzərdə tutulur.

Amerika universitetinin Mühacirlərə Ədalət Bürosundan Amanda Frost: “Bununla bizim mühacirət problemimiz həll olunmayacaq. Biz mühacir problemini deportasiya ilə həll edə bilmərik. Düşünürəm ki, bu, məsələni tam dərk etməyən və Trampa səs verən kütlə üçün rol oynaya bilər, lakin bu, problemin həlli deyil. Bu, indi düşdüyümüz vəziyyət kimi səylərin artırılması, resusrslar və pul tələb edir. ”

Respublikaçı prezident eləcə də, ölkəyə qaçqın qəbuluna 4 ay müddətinə, İraq, İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən kimi müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən olan insanların isə azı 30 gün ərzində Amerikaya girişinə qadağa qoyulacağını deyib.

Sərəncamın bir neçə gün ərzində qanuna minəcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG