Accessibility links

Tramp Kanadanın baş nazirini "ikiüzlü" olmaqda günahlandırıb


Donald Tramp Kanadanın baş nazirini "ikiüzlü" olmaqda günahlandırıb
please wait

No media source currently available

0:00 0:00:31 0:00

NATO liderləri çərşənbə axşamı Bukingem Sarayındakı qəbul zamanı ABŞ prezidenti Donald Trumpı müzakirə ediblər.

Kanadanın baş naziri Castin Trudonun kamera görüntülərində Fransa Prezidenti Emmanuel Makrona və Britaniyanın baş naziri Boris Consona "40 dəqiqə davam edən mətbuat konfransı keçirdiyi üçün gecikib" dediyini eşitmək mümkündür.

Trudo həmçinin deyib ki, Trampın komandasının "necə məəttəl qaldığını indicə gördünüz".

Trudo və Tramp daha öncə çərşənbə axşamı görüşüblər.

ABŞ prezidenti çərşənbə axşamı günü Vinfild Evində jurnalistlərlə iki saatdan artıq söhbət edib.

Donald Tramp yayılan görüntülərə reaksiya verib. O, Almaniya kansleri Angela Merkel ilə baş tutan görüşdə Kanadanın baş naziri Castin Trudonu "ikiüzlü" olmaqda günahlandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG