Accessibility links

Ali Məhkəmə Donald Trampın səyahət qadağaları haqdakı yeni qanununu qəbul edib [Video]


Ali Məhkəmə Donald Trampın səyahət qadağaları haqdakı yeni qanununu qəbul edib
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Birləşmiş Ştatlrın Ali Məhkəməsi prezident Donald Trampın oktyabr ayında qüvvəyə minəcək səyahət qadağaları haqda imzaladığı yeni qanunu qəbul edib. Səyahət qadağası ilə bağlı əvvəlki qanunun müddəti başa çatdığı bir vaxt, siyahıya yeni qaydalar əlavə edilib. Bu dəfəki qaydalar isə müddəti bəlli olmadan davam edə bilər.

Gözlənildiyi kimi yeni səyahət məhdudiyyətləri ayrı-ayrı ölkələrdən təhlükələrin hədəf alınmasını qarşıya məqsəd qoyur. Xüsusilə də yeni qaydalar mühacir və ya qeyri-mühacir olmaqla, Çad, Liviya və Yəməndən Birləşmiş Ştatlara turist, biznes və ya biznes-turist vizaları ilə daxil olanlar, İrandan gələn tələbələr istisna olmaqla, İran vətəndaşları, Şimali Koreya və Suriyadan gələn mühacirlər və qonaqlar, habelə Somali vətəndaşlarına şamil edilir.

Yeni qaydalara ölkəyə daxil olanların ciddi yoxlamadan keçirilməsi, Sudanın isə siyahıdan çıxarılması daxildir.

Bu həftə Corctaun universitetində mühacirət qanunları ilə bağlı keçirilən konfrans zamanı səyahət qadağaları əsas mövzulardan biri olub.

Prezident Donald Trampın bu kimi addımları Birləşmiş Ştatların təhlükəsizliyi ilə əlaqədar atdığını deməsinə baxmayaraq, bəziləri onun fikirləri ilə bağlı suallar qaldırır. Meksikanın ABŞ-dakı sabiq səfiri Arturo Saruxan: “Dünyada gerçək təhlükələr və şəxslər var ki, biz onları izləməliyik. Lakin buradakı problem, yəni bu kimi problemlər böyüyərək yerliçilik və ksenofobiyaya çevrilir və bu baş verdikdə bunun milli təhlükəsizlik, ya da başqa məsələ ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir.”

Cənab Tramp deyir ki, yeni qaydalar adı çəkilən ölkələrdə təhlükəsiliklə bağlı yoxlanış prosesi qaydaya düşməyincə davam edəcək. Ağ Evin sözçüsü Sara Hakebi: “Səyahətlə bağlı qanun ölkələrin minimum tələbləri yerinə yetirməsi, eləcə də məlumatlarla bölüşməsini tələb edir. Son dövrdə isə onlar Birləşmiş Ştatların əsas tələblərinə cavab veriblər.”

Qaydaların vaxtaşırı hökumət tərəfindən yoxlanılması nəzərdə tutulur. Bu qaydalar Ali Məhkəmə səviyyəsinə qədər məhkəmələrə çıxarıla bilər.

Ali Məhkəmə cənab Trampın sərəncamının hüququliyi ilə bağlı arqumentləri dinləməyə hazır idi, lakin yeni düzəlişlər aşağı instansiya məhkəmələrinə çıxarıla bilər.

Beləliklə, səyahətə qadağalarla bağlı bundan əvvəlki qanunun vaxtı uzadılıb, yeni qanun isə oktyabrın 18-də qüvvəyə minəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG