İslam Dövləti Tunis Milli Muzeyində 23 nəfərin, o cümlədən xarici turistlərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bu, hələ başlanğıcdır.İslam Dövlətinin yaydığı bəyanatdan
İslamçı qrupun açıqladığı bəyanatda hücum “Müsəlman Tunisində kafir və günah yuvasına edilən müqəddəs müdaxilə” kimi dəyərləndirilir.
Avtomat və bombalarla silahlanmış hücumçular “İslam Dövlətinin cəngavərləri” kimi təsvir olunur. “Bu, hələ başlanğıcdır,” deyə mesaj əlavə hücumlarla hədələyir.
ABŞ-da qərargahlanan SITE Kəşfiyyat Qrupu da çərşənbə günü hücumunun İslam Dövləti tərəfindən törədildiyini bildirib.
Hücumda həbslər
Cümə axşamı Tunis rəsmiləri hücumla əlaqədar 9 adamın həbs olunduğunu xəbər veriblər.
Tunis prezidentinin idarəsi həbslərlə bağlı detal açıqlamayıb.
Prezident idarəsi ordunun təhlükəsizlik tədbirlərində mühüm rol oynayacağını bildirib.
Hücumdan bir neçə saat sonra təhlükəsizlik qüvvələri hücumda əli olan adamların axtarışına başlayıb.
Hücumda həlak olanlar arasında 20 xarici turist var. 40-dan çox adam yaralanıb.
Dünya reaksiyası
ABŞ dövlət katibi Con Kerri başqa dünya rəsmilərinə qoşularaq Tunisdəki hücumu pisləyib və ABŞ-ın dəstəyini təklif edib.
Londonda Britaniya Baş Naziri David Kameron hücumu “ekstremist terrorun növbəti nümunəsi” adlandırıb.
BMT Təhlükəsizlik Şurası da qətliamı pisləyib
Fransa Prezidenti Fransua Hollande Daxii İşlər Naziri Bernard Cazeneuvə Tunisə ghetməyi və “tunislilərlə təhlükəsizlik səylərini koordinasiya etməyi” tapşırıb.