Accessibility links

Türkiyədə yeni nazirlərin adları açıqlanıb


Türkiyədəki rüşvət əməliyyatı fonunda baş nazir Rəcəb Tayyip Ərdoğan hökumətin 10 nazirini dəyişdirib. Dünən səhər 3 nazirin - daxili işlər, iqtisadiyyat və ətraf mühit nazirinin istefa verməsindən sonra cənab Ərdoğan daha 7 nəfəri istefaya göndərib. Artıq onların yerinə yeni nazirlərdə təyin edilib. Hökumətdəki dəyiliklər aşağıdakı kimi formalaşıb:

Baş nazirin müavini: Bekir Bozdağ əvəzinə Emrullah İşler

Ədliyyə Nazirliyi: Sadullah Ergin əvəzinə Bekir Bozdağ

Daxili İşlər Nazirliyi: Muammer Güler əvəzinə Efkan Ala

Ailə və Sosial Siyasət Nazirliyi : Fatma Şahin əvəzinə Ayşenur İslam

Avropa Birliyi Nazirliyi: Egemen Bağış əvəzinə Mevlüt Çavuşoğlu

Ətraf Mühit və Şəhərsalma Nazirliyi: Erdoğan Bayraktar əvəzinə İdris Güllüce

İqtisadiyyat Nazirliyi: Zafer Çağlayan əvəzinə Nihat Zeybekçi

Gənclər və İdman Nazirliyi: Suat Kılıç əvəzinə Akif Çağatay Kılıç

Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyi: Binali Yıldırım əvəzinə Lütfü Elvan

Bu, 26 nəfərlik hökumətin təxminən yarısının dəyişməsi anlamına gəlir.

Xatırladaq ki, baş nazir bu dəyişiklikləri öz hökumətinə dəstək bildirməsindən bir neçə gün sonra həyata keçirib. Bazar günü Türkiyənin baş naziri Rəccəb Tayyib Ərdoğan rəqiblərinə xəbərdarlıq vermişdi. O, bu qalmaqalı şişirtməklə hakimiyyətinə xələl gətirməyə çalışanların “əllərini qıracağı” ilə hədələyib. Baş nazirin hədələri Ədalət və İnkişaf Partiyasının istefası çağırışı ilə keçirilən nümayiş zamanı səslənib.
XS
SM
MD
LG