Accessibility links

Ərdoğan iqtisadi siyasətinə sadiq qalır


Valyutasının ucuzlaşması və inflyasiyanın kəskin artması ilə Türkiyə iqtisadiyyatı çətin bir il yaşayıb. Ekspertlər prezident Rəcəp Tayyib Ərdoğan kursunu və mübahisəli pul strategiyasını dəyişməzsə, vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edir.

Keçən həftə ölkənin rəsmi Türkiyə Statistika Təşkilatı (TÜİK) inflyasiyanın keçən ay 36%-ə yüksəldiyini bildirib ki, bu, Türkiyədə təxminən iyirmi ilin ən yüksək göstəricisidir.

Müxalifət partiyaları iddia edir ki, real vəziyyət rəsmi rəqəmlərdə göstərildiyindən daha ağırdır.

Keçən il Türkiyə Mərkəzi Bankının bir sıra faiz endirimlərindən sonra dəyərinin yarısından çoxunu itirən Türkiyə valyutası hökumətin 2021-ci ilin son həftələrində elan etdiyi tədbirlər paketindən sonra bir qədər bərpa olunub.

Türkiyə daxilində olduğu kimi xaricdəki maliyyə ekspertləri, eləcə də müxalifət partiyaları Ərdoğanın faizləri azaltmağa davam etməkdə günahlandırır.

Əksər iqtisadçılar inflyasiyanın qarşısını almaq üçün mərkəzi bankların faiz dərəcələrini artırmalı olduqlarına inanır. Lakin Ərdoğan bu strategiyanı rədd edib və siyasətinin nəticə vermədiyinə dair artan sübutlara baxmayaraq, aşağı faiz dərəcələrinin inflyasiyanı azaldacağını və artımı təşviq edəcəyini iddia edib.

Valyutanın ucuzlaşması səbəbindən çökməkdə olan lirəni xilas etməyə çalışan hökumət lirə sahiblərini mümkün itkilərdən qorumaq planını açıqlayıb. Həmçinin dekabr ayında hökumət minimum əmək haqqını 50%-dən çox artırıb.

Hökumətin səylərinə baxmayaraq, Türkiyə yeni ili elektrik və təbii qazdan tutmuş yol, körpü ödənişlərinə və taksi haqlarına qədər, hər şeydə qiymət artımı ilə başlayıb. Elektrik enerjisi xərcləri kommersiya müştəriləri üçün təxminən 125%, məişət müştəriləri üçün isə 50% artıb. Türkiyənin ən böyük şəhəri olan İstanbulda ictimai nəqliyyatın qiyməti 30%-dən çox artıb.

Ərdoğan bu yaxınlarda ən pis günlərin geridə qaldığını və hazırda hökumətin səylərindən bəhrələnməyin vaxtı olduğunu bəyan edib. Lakin ekspertlər bunun belə olmayacağını proqnozlaşdırır.

Ekspertlər 2022-ci ildə də iqtisadiyyatın Türkiyədə siyasi gündəmdə üstünlük təşkil edəcəyini və iqtisadi vəziyyətin erkən seçki perspektivlərini artıra biləcəyini deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG