Accessibility links

Rusiya, Türkiyə və İran 3 tərəfli görüş keçirməlidir


Rusiya, Türkiyə və İran gələn həftə Qazaxıstanın paytaxtı Astanada 3 tərəfli görüş keçirməlidir. Müzakirlər Suriyada ağırlaşmaqda olan durumu və bu 3 ölkənin Suriya liderləri ilə aprel görüşünün delallarına həsr ediləcək.

Qazaxıstanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, diplomatlar mart ayının 16-da Suriya böhranına son qoyulması yollarını gündəmə gətirəcək.

İndiyədək Astanada 8 görüş keçirilib. BMT-nin təşəbbüsü ilə Cenevrədə də parallel görüşlər təşkil edilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bildirib ki, xarici işlər nazirlərinin görüşü Suriyada düşmənçilik səviyyəsinin endirilməsinə həsr ediləcək.

Aprel ayında İstanbulda prezidentlərin görüşü təşkil edilməlidir.

Rusiya 2017-ci ilin noyabr ayında Soçi şəhərində prezidentlərin iştirakı ilə görüşə ev sahibliyi etmişdi.

Vladirmir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriyada atəşkəsin qüvvədə saxlanması barədə razılıq əldə etmişdi. Lakin bu səylərə baxmayaraq atəşkəs əldə edilməsi nəticə verməmişdi.

Astana görüşünü rədd etməyən ABŞ Dövlət Departamentinin rəsmisi Amerikanın Suriya haqda mövqeyinin dəyişmədiyini bildirib.

XS
SM
MD
LG