Türkiyə çərşənbə günü 2023-cü ilin fevralında 50 mindən çox insanın həyatına son qoyan iki güclü zəlzələdə uçan binaların tikintisi ilə bağlı ilk böyük məhkəmə prosesinə başlayıb.
Olkənin cənub-şərqdəki Adıyaman şəhərində keçirilən məhkəmə iclasında "İsias" mehmanxanasının tikintisində "bilərəkdən səhlənkarlıq"da ittiham olunan 11 nəfər iştirak edib.
Mehmanxananın sahibi də daxil olmaqla, 11 müttəhimdən 5-i həbs edilib və onların hər biri 20 ildən çox müddətə həbs oluna biləcəkləri cinayətlərdə ittiham olunub.
Mehmanxananın çökməsi nəticəsində şagirdlərin voleybol turnirinə qatılmaq üçün Şimali Kiprdən Türkiyəyə gələn 24 uşaq həyatını itirib.
Onlar bir qrup valideyn və himayədarlarla birlikdə Türkiyə prokurorlarının lazımi təhlükəsizlik tədbirlərinə əməl olunsaydı, qarşısının alına biləcəyini dediyi faciədə həlak olub.
Binanın çökməsi 39-u Şimali Kiprdən olmaqla, ümumilikdə 72 nəfərin həyatına son qoyub.
İttihamnamədə binanın 2001-ci ildə qeyri-qanuni olaraq yaşayış yerindən mehmanxanaya çevrildiyi, ilkin planda icazə verilən doqquz mərtəbəyə qeyri-qanuni olaraq əlavə mərtəbə artırıldığı deyilib.
İddiaçılar arasında Şimali Kiprin baş naziri Ünal Üstəl də var.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan zəlzələdən aylar sonra seçkilərdə yenidən qalib gələrək, fəlakətdən siyasi cəhətdən zərərsiz çıxıb.
O, ölənlərin sayının çoxluğunu ucuz tikinti materiallarından istifadə etmək və qeyri-qanuni olaraq əlavə mərtəbələr tikmək üçün yerli müfəttişlərə pul ödəyən korrupsioner mülk sahibləri ilə əlaqələndirib.
Forum