Accessibility links

Türkiyədə polislə nümayişçilər arasında qarşıdurma olub


Türkiyədə polislə nümayişçilər arasında qarşıdurma olub. Etirazlar hökumətin 28 vali və merin işdən kənarlaşdırılması ilə baş qaldırıb.

Daxili İşlər Nazirliyi onların terror təşkilatlarla əl birliyində ittiham edildiyini bəyan edib.

Nazirliyin bəyanatında defiler ki, xalqı insanların iradəsinə xidmət etməyənlərdən qorumaq hökumətin borcudur.

İşdən kənarlaşdırılan 24 nəfərin Kürdüstan Fəhlə Partiyasının (PKK) təsiri altnda olduğu bildirilib.

Digər 4 nəfərin isə iyul ayı çevriliş cəhdində ittiham edilən Fətulla Gülən hərəkatının üzvü olduğu deyilir.

Amerikanın Ankaradakı səfirliyinin bəyanatında bildirilib ki, ABŞ Türkiyənin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərq bölgəsindəki qarşıdurmalardan narahatdır.

Səfirlik Türkiyənin özünü terrorizmdən müdafiə etməyə haqqı olduğunu bildirsə də, dinc nümayişlərə imkan yaradılmasına çağırıb.

Türkiyədə çevriliş cəhdindən sonra ordu, ədliyyə, təhsil və digər sistemlərdən çoxsaylı insan həbs və ya işindən azad edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG