Accessibility links

Türkiyə Avropanın Rusiya enerjisindən asılılığına son qoymaqda açar oyunçu olmaq niyyətindədir


Türkiyə Avropanın Rusiya enerjisindən asılılığına son qoymaqda açar oyunçu olmaq niyyətindədir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Türkiyə Avropa enerji resursları ilə zəngin Orta Şərqin görüş nöqtəsidir. Avropa enerji şəbəkəsinə bağlanan geniş qaz borusu insfrastrukturu ilə Türkiyə Avropa İttifaqının Rusiya qazından asılılığa son qoymaqda əhəmiyyətli rol oynayacağına inanır.

İlnur Çevik, Aparıcı prezident müşaviri: “Bu Ukrayna vəziyyəti Avropada ciddi enerji problemi yaradıb. Ola bilər ki, Türkiyədən Avropaya Şərqi Aralıq Dənizi təbii qaz axını bu problemin həlli, Rusiya qazına alternativ ola bilər. Bu çox maraqlı məsələlərdir və hər iki tərəf onu müzakirə edəcək.”

Şərqi Aralıq Dənizində İsrail bu yaxınlarda zəngin qaz ehtiyatı kəşf edib. Türkiyə İsrailə Avropa qaz şəbəkəsinə qoşulan qaz borusunun inşasını təklif edir. Keçən ay İsrail prezidentinin Ankaraya səfəri zamanı enerji əməkdaşlığı da müzakirələrin mövzusu idi.

Mithat Rende, Türkiyən Qatarda keçmiş səfiri: “İsrail və Orta Şərq qazını Avropaya göndərmək üçün onu Türkiyə qaz şəbəkəsinə, ya da Tanap-a qoşmaq üçün önəmli layihədir. Bu asan iş deyil, amma Türkiyə, İsrail və Avropa İttifaqının səylərini nəzərə alsaq, reallaşması mümkün olan bir layihədir.”

Türkiyə və İsrail enerji nazirlərinin ayın sonu Qüdsdə görüşü planlaşdırlır.

Amma Türkiyə və İsrail arasında münasibətlər gərgin olaraq qalır və İsrailin əhəmiyyətli razılaşma əldə edəcək qədər Türkiyəyə etibar etməsi ilə bağlı şübhələr var. Təhlilçilərin fikrincə, Vaşinqton Türkiyə-İsrail qaz kəmərinin inşaası planını dəstəkləyir.

Qallia Linderstraus, Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu: “İsrail və Türkiyənin yaxınlaşmasını təşviq etmək təbii ki, qərbmeylli aktorların birlikdə əməkdaşlıq edəcəyindən ABŞ-ın marağındadır. Amma yenə də mən İsrail qazının bir gün Türkiyədən keçəcəyinə çox optimist deyiləm. Düşünürəm ki, başqa bir variant, məsələn Misir bu günlərdə daha müvafiqdir.”

İraqın yarı avtonom Kürd ərazisi Avropaya qaz təchizatı üçün başqa bir alternativ ola bilər.

Aydın Selcen, Türkiyənin Kürdüstanda sabiq baş konsulu: “İraq Kürdüstanı qazı hazırdır və həmin sahələrdən Türkiyə qaz şəbəkəsinə məsafə çox qısadır. Nəzərə alsaq ki, indi tam zamanıdır, siyasi iradə yerindədir və kontekst əlverişlidir, niyə də yox?”

Müşahidəçilər keçən ay Ərbilə atılan raketləri Tehranın bu razılaşmaya qarşı xəbərdarlığı kimi görür.

Bağdad da istənilən razılaşmaya öz xeyir-duasını verməlidir. Ona görə də Türkiyənin istədiyi yeni rolu qazanması üçün görülməli olan işlər var.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG