Accessibility links

Türkiyənin Suriyanın şimalına endirdiyi zərbələr nəticəsində azı 11 nəfərin öldüyü bildirilir


Müxalif müharibə monitorinqi və kürd mediası Türkiyənin çərşənbə axşamı Suriyanın şimal sərhədi yaxınlığında hava hücumu həyata keçirdiyini, nəticədə Suriyanın hökumət əsgərləri də daxil olmaqla, azı 11 nəfərin həlak olduğunu bildirib.

Hücum Kobani şəhərinin şimalında həyata keçirilib və ölkənin şimalında ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri ilə Türkiyənin dəstəklədiyi müxalifət silahlıları arasında gərginliyin yaşandığı vaxta təsadüf edib.

Suriya dövlət mediası adı açıqlanmayan hərbi rəsmiyə istinadən xəbər verib ki, Türkiyənin hava hücumları nəticəsində 3 əsgər həlak olub, 6 əsgər yaralanıb. Rəsminin dediyinə görə, Suriya qoşunları Türkiyə ordusunun və Türkiyənin dəstəklədiyi müxalifət döyüşçülərinin mövqelərini hədəfə alaraq cavab verib.

Britaniyada yerləşən müxalifət müharibəyə monitorinq təşkilatı olan Suriya Müşahidə Qrupu Türkiyənin hava hücumu nəticəsində 11 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib və əlavə edib ki, onların hamısının Suriya əsgərləri olub-olmaması məlum deyil.

Suriyanın yarı-muxtar kürd bölgələrinin “Hawar News” xəbər agentliyi 16 suriyalı əsgərin öldürüldüyünü, digər kürd xəbər agentliyi “North Press” agentliyi isə 22 əsgərin öldürüldüyünü bildirib.

Türkiyə Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, sərhəd Şanlıurfa vilayətinin Birecik qəsəbəsi yaxınlığındakı posta ölümcül hücuma cavab olaraq, Türkiyənin artilleriya zərbələri nəticəsində kürd militantları olduğundan şübhələnilən 13 nəfər öldürülüb. Nazirlik bölgədə əməliyyatların davam etdiyini bildirib.

Müdafiə Nazirliyinin tvitter səhifəsində isə daha 5 kürd militantının da Türkiyə ordusunun artilleriya zərbələri ilə öldürüldüyünü bildirib. Onların Suriyanın şimalında, Türkiyənin nəzarətində olan ərazilərə hücuma hazırlaşdıqları və bölgəyə “hədə atəşi” açdıqları iddia edilib.

Türkiyə 2016-cı ildən bəri Suriyada üç böyük sərhəd əməliyyatı keçirib və artıq şimaldakı bəzi ərazilərə nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG