Accessibility links

Minlərlə insan Türkiyənin Suriyadakı kürd qruplaşmalarını bombalamasına etiraz edib


Suriyanın kürdlərin çoxluq təşkil etdiyi Qamışlı şəhərində etirazlar
Suriyanın kürdlərin çoxluq təşkil etdiyi Qamışlı şəhərində etirazlar

Bazar günü Suriyanın Qamışlı şəhərində minlərlə kürd Türkiyənin ölkənin şimal-şərqindəki kürd qruplaşmalarını hədəf alan ölümcül zərbələrinə qarşı etiraz aksiyası keçirib.

Keçən bazar günü Türkiyə Suriyanın şimalı və şimal-şərqinə, eləcə də İraqın yarı-muxtar kürd bölgələrinə hava zərbələri endirdiyini bəyan edib. Türkiyə Suriyanın həmin ərazilərini qurudan hücumla da hədələyib.

France Press xəbər agentliyinin müxbirinin bildirdiyinə görə, Hasaka vilayətinin kürdlərin nəzarətində olan Qamışlı şəhərindəki nümayişçilərin əlində yarı-muxtar bölgədə son hava zərbələri zamanı öldürülən insanların fotoları olub.

Siham Süleyman adlı etirazçı "Yalnız kürd xalqının iradəsi qalıb. Bu sınmayacaq və biz hazırıq. Tarixi torpağımızı tərk etməyəcəyik" deyib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, üç günlük sükutdan sonra Türkiyə qırıcıları bazar günü səhər saatlarında Hələbin şimalında kürdlərin nəzarətindəki əraziləri bombalayıb.

Müşahidə qrupu əlavə edib ki, Türkiyənin pilotsuz uçuş aparatının hücumu nəticəsində Hələbin şimalındakı Təl-Rifat yaxınlığında Suriya hökumətinin beş əsgəri həlak olub. Qrup eləcə də kürd döyüşçüləri ilə türk qüvvələri və onların suriyalı tərəfdarları arasında atışmaların olduğu barədə məlumat verib.

Qamışlıdakı etirazçılar Suriyadakı kürdlərin idarə etdiyi "Rojava" adı verdikləri əraziyədəki müqaviməti dəstəkləyən şüarlar səsləndirib.

Türkiyə bombardmana noyabrın 13-də İstanbulda 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra başlayıb. Ankara hücumda Kürdüstan İşçi Partiyasını (PKK) və onun Qərb müttəfiqlərinin terror qruplaşmalarını günahlandırıb.

PKK 1984-cü ildən bəri Türkiyə dövlətinə qarşı mübarizə aparır. Türkiyə Suriyadakı kürd döyüşçülərin PKK-nın müttəfiqləri olduğunu iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG