Accessibility links

Türkiyə lideri İsraili üzr istəməyə çağırdı


Mavi Marmara gəmisi
Mavi Marmara gəmisi

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan İsrailin Qəzza üzərindəki blokadasını yarmağa çalışan gəmiyə reydə görə üzr istəməyə və reyd qurbanlarının ailələrinə kompensasiya ödəməyə çağırıb. Cənab Ərdoğan söyləyib ki, əgər İsrail bu növ addımlar atmasa onda özünü Yaxın Şərqdə təcrid olunmuş dövlət olaraq saxlayacaq. O, İsraili dövlət terrorizmi həyata keçirməkdə ittiham edib. May ayında Mavi Marmara adlı gəmiyə reyd zamanı İsrail kommandoları səkkiz türk və bir türk-amerikalı fəalı qətlə yetirmişdilər. İsrail qüvvələrin özünümüdafiə tədbiri olaraq atəş açdığını deyir. Bir neçə gün bundan öncə Fələstinpərəst fəalların türk vəkilləri reydə görə İsraili müharibə cinayətlərində ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Bu məhkəmə işi Türkiyə ilə İsrail arasında kəskinləşmiş münasibətləri yenidən gündəmə gətirib.

XS
SM
MD
LG