Accessibility links

Türkiyə İstihbaratının rəhbəri Azərbaycanda səfərdədir


Türkiyə İstihbaratının rəhbəri Azərbaycanda səfərdədir
Türkiyə İstihbaratının rəhbəri Azərbaycanda səfərdədir

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Azərbaycandadır. Regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə edilib.

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Azərbaycanda səfərdədir.

O bu gün Azərbaycan prezidenti İlham Əliyev və Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla görüşlər keçirib.

Prezident Əliyev Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi, milli təhlükəsizlik sahəsində də sürətlə inkişaf edəcəyinə əminliyini bildirib. “Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı bütün bölgəyə müsbət təsir göstərəcək”.
Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan yeni vəzifədə ilk səfərini Azərbaycana gerçəkləşdiyini bildirib.

XS
SM
MD
LG