Accessibility links

İstanbulda "Demokratiya və Şəhidlər" mitinqi keçirilir


İstanbulda yüz mindən çox insan prezident Rəcəb Tayyib Ərdoğanın çevriliş cəhdinin qınanması məqsədilə çağırdığı mitinqə qatılıb. "Demokratiya və Şəhidlər" mitinqi İstanbulun tarixi yarımadasında inşa edilmiş Yenikapıda keçirilir.

Ərdoğan tərəfdarlarının böyük əksəriyyəti mitinqə Türkiyə bayraqları və üzərlərində "Sən Allahdan hədiyyəsən, Ərdoğan", "Bizə öl desən, ölərik" kimi sözlər yazılmış plakatlar gətirib.

Genişmiqyaslı təqiblər və həbslərə görə Qərbin tənqidlərinə məruz qalmış Rəcəb Tayyib Ərdoğanın bu mitinqlə gücünü nümayiş etdirmək istədiyinə inanılır.

Ərdoğan ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin təhlükəsizlik qüvvələri, ədliyyə sistemi və ictimai sektorda tərəfdarlarını hakimiyyəti ələ keçirmək və dövlət çevrilişinə cəhddə ittiham edərək, Türkiyəni onun şəbəkəsindən qurtarmağa söz verib.

Ədalət və İnkişaf partiyasının 2002-ci ildə hakimiyyətə gəldiyi vaxtlar Ərdoğanın müttəfiqi olmuş Fətullah Gülən bu ittihamları rədd edib və dövlət çevrilişi cəhdini qınayıb.

Çevriliş cəhdindən sonra əsgərlər, hakimlər, jurnalistlər, tibb işçiləri və dövlət qulluqçuları daxil olmaqla on minlərlə insanın sorğu-sual edilib, saxlanması Qərb müttəfiqlərinin Ərdoğanın hakimiyyətini gücləndirməyə çalışması ilə bağlı narahatlıqlarına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG