O nlarla zabit və əsgər İstanbulda ötən iyul ayında iflasa uöramış dövlət çevrilişi cəhdində iştiraka görə məhkəməyə çıxarılıblar.
28 zabit və 34 sıravinin İstanbulun Sabiha Gokçen aeroportuna nəzarəti ələ aldıqları iddia olunur. Onlara dövlətə qarşı cinayətdə ittiham olunur və məhkum olunduqları təqdirdə onları ömürlük həbs cəzası gözləyir.
Bazar ertəsinin məhkəməsi çevriliş cəhdində günahlandırılan hərbi zabitlər üzərində keçirilən ilk məhkəmədir.
Bəzi müttəhimlər itihamları rədd ediblər. Onlar israr edirlər ki, onları hərbi təlimdə iştirak etdiklərinə inandırıblar.
Türkiyə hökuməti çevriliş cəhdinə görə ABŞ-da qərargahlanan müsəlman ruhani Fətullah Güləni günahlandırır. Rəcəb Tayyib Ərdoğan hökuməti Gülən hərəkatına üzv olmaqda şübhəli bilinənlərin işdən qovulmasına və həbslərinə start verib.
Gülən özü bu ittihamları rədd edir.
Bazar ertəsinin məhkəməsi hərbi zabitlər üzərində keçirilən ilk məhkəmədir. 29 polis artıq prezidenti qorumadıqlarına görə mühakimə olunurlar.