Accessibility links

Türkiyədə Suruçda hücumla əlaqədar Twitter-ə çıxış müvəqqəti bağlanıb


Türkiyə hökuməti Suruçda 30 adamın ölümü və onlarla adamın yaralaması ilə nəticələnmiş hücumun foto-şəkillərin paylaşmasının qarşısını almaq məqsədilə müvəqqəti olaraq Twitter-i bağlayıb.

Adı açıqlamayan bir hökumət rəsmisinin bildirdiyinə görə, sosial şəbəkədən istifadə “nifrət çıxışları da daxil olmaqla, qərəzli məzmunlu mətnlər” çıxarıldıqdan sonra bərpa edilib.

Rəsmi nümayəndə ölkə rəsmilərinin mediaya açıqlama verməsinə qoyulmuş məhdudiyyətlərə görə anonim danışıb.

Türkiyə rəsmiləri Twitter sosial şəbəkəsindən bomba hücumu ilə əlaqədar 107 ünvanda yerləşdirilmiş foto-şəklin çıxarılmasını istəyib, şirkət onların 50-ni qadağadan əvvəl götürüb.

Anadolu xəbər agenltiyinin verdiyi məlumata görə, Suruç şəhər məhkəməsi bomba hücumu ilə əlaqədar şəkillərin internet və sosial şəbəkələr də daxil olmaqla mediada yerləşdirilməsinə qadağa qoyub.

Bu arada, Türkiyə rəsmiləri bazar ertəsi baş vermiş hücumun intiharçı tərəfindən törədildiyini və hücumçunu 20 yaşlı Türkiyə vətəndaşı Seyh Əbdürrəhman Alagöz olduğunu təsdiq edib.

Hücumun əsas hədəfi Suriyada Kobani şəhərinin bərpasına kömək etmək üçün sərhədi keçməyə hazırlaşan çoxu universitet tələbələrindən ibarət qrup olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu “terr aktı” kimi pisləyib.

Birləşmiş Ştatlar da hücumu kəskin qınayıb.

XS
SM
MD
LG