Accessibility links

Türkiyədə partlayış nəticəsində 13 əsgər həlak olub, 55 nəfər yaralanıb


Türkiyənin Kayseri şəhərində hərbi personalı daşıyan avtobusun yanında intiharçının maşına yerləşdirilmiş bombanı partlatması nəticəsində 13 əsgər həlak olub, 55 nəfər yaralanıb. Onların altısının vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, partlayıcılarla dolu maşın Kayseridəki Erciyez universitetinin girişinin qarşısınd qırmızı işıq yanan zaman dayanan avtobusun yanında saxlayıb və partlayış baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışa görə kürd militantlarını günahlandırsa da, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Baş nazirin müavini Veysi Kaynak hücumun keçən həftə törədilmiş hücuma oxşar olduğunu bildirib. İstanbulda futbol stadionunun qarşısında törədilmiş qoşa bomba partlayışlarına görə məsuliyyəti öz üzərinə fəaliyyəti qadağan olunmuş PKK təşkilatının qolu olan qrup götürmüşdü.

Partlayış nəticəsində 44 insan həyatını itirib, 100-dən çox insan yaralanıb.

Rusiya prezidenti Vladimir Putin Ərdoğana mesajında hadisə ilə bağlı başsağlığı ifadə edib və Rusiyanın Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib.

XS
SM
MD
LG