Accessibility links

Twitterin CEO-su Maskla razılaşmasından sonra şirkətin gələcək istiqamətinin qeyri-müəyyən olduğunu bildirib


Twitter-in San Fransisko şəhərində yerləşən baş ofisi

Twitter-in CEO-su Paraq Aqraval bazar ertəsi işçilərə bildirib ki, Tesla-nın baş direktoru İlon Musk sosial mediaya nəzarət etdikdən sonra şirkətin tutacağı istiqamət qeyri-müəyyəndir.

Elə həmin gün İlon Mask Twitteri 44 milyard dollara satın almaq barədə razılığa gəlib. O, platformanın söz azadlığını daha da dəstəkləyəcəyini vəd edib.

Bu addım platformanın istifadəçilərinin söz azadlığına qoyulan məhdudiyyətləri yumşaltmaq üçün nə qədər irəli gedəcəyi ilə bağlı suallar doğurub.

Aqraval bazar ertəsi təşkil olunan iclasda işçilərin suallarını cavablandırıb. Reuters xəbər agentliyi bu cavabların bir neçəsini eşitməyə müəssər olub.

Xəbər agentliyi Aqravalın işçilərə "müqavilə bağlandıqdan sonra platformanın hansı istiqamətə gedəcəyini bilmirik" dediyini xəbər verir.

Baş icraçı direktor keçmiş prezident Donald Trampın fəaliyyətini daimi dayandırmasına baxmayaraq, yenidən Twitter-ə qoşulmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sualı da cavablandırarakən deyib ki, inanıram ki, İlon ilə danışmaq fürsətimiz olduqda, bu, onunla birlikdə cavab verməli olduğumuz bir sualdır".

Twitter 2021-ci il 6 yanvar tarixində ABŞ Konqresinin binasına basqından sonra zorakılıq riskini əsas gətirərək Trampa platformanın qapılarını bağlayıb.

Mask Twitter-in keçmiş prezidentin hesabını bağlanmasına səbəb olan məzmun məhdudiyyətlərinin bir çoxunu yumşaltmağı təklif edib.

Raket istehsalçısı SpaceX-in baş direktoru olan Mask Twitter-in öz azad söz potensialını reallaşdıra bilməsi üçün özəl şirkətə çevrilməsi lazım olduğunu da bildirib. O özünü "azad söz mütləqiyyətçi"si kimi təsvir edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG