Accessibility links

Twitter yeni qaydalar əsasında ultra-sağçı qrupun hesabını bağlayıb


Twitter zorakılığı təşviq edən nifrət və təhqir məzmunlu şərhlərin filter edilməsi üçün nəzərdə tutulan yeni qaydaların qüvvəyə mindiyini bildirib.

Populyar sosial media şəbəkəsi müsəlmanları zorakılıq halları ilə əlaqələndirib müntəzəm olaraq təhrikedici videolar yayan `Britain First` adlı ultra-sağçı qrupun hesabını bağlayıb.

Bu qrupun liderləri Cayda Fransen və Pol Qoldinqin şəxsi hesabları da Twitter tərəfindən bağlanıb.

Ötən ay ABŞ prezidenti Donald Trampın Fransenin Twitter hesabında müsəlmanların zorakılıq törətdiyinə işarə edən iki şərhini bölüşməsi narazılıq yaratmışdı.

Bir neçə britaniyalı qanunverici onun ölkəyə rəsmi səfərinin ləğvinə çağırıb.

Twitter problemli hesabların müəyyən edilməsində əsasən istifadəçilərin məlumatına etibar edir. Lakin şirkət məzmuna nəzarət edə bilmək üçün səhifəsini təkmilləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG