Accessibility links

“Tək adam” inzibati həbsə məhkum edilib


Rafael Hüseynzadə
Rafael Hüseynzadə

Yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Bu barədə Amerikanın Səsinə Rafael Hüseynzadənin atası Füzuli Hüseynov bildirib.

Füzuli Hüseynov bu gün oğlunun orada saxlanılmasını həmin məntəqəyə gedərək öyrənib. Lakin ona Rafael Hüseynzadəyə neçə sutka inzibati həbs verildiyini bildirməyiblər.

Bununla yanaşı, Bakının Nəsimi Rayon Məhkəməsinin rəsmi saytında bildirilir ki, Rafael Hüseynzadə barədə hakim Elməddin Hüseynov qərar çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi üzrə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Lakin məhkəmənin rəsmi saytında Rafael Hüseynzadəyə neçə sutka həbs verildiyi barədə məlumat yoxdur. Bu maddənin sanksiyasında bir ayadək inzibati həbs nəzərdə tutulur.

Azərbaycanda "tək adam" aksiyası termini Füzuli Hüseynovla bağlıdır. Belə ki, Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə olunub və ona xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG