Accessibility links

Uğur Şahinin növbəti hədəfi xərçəngə qarşı vaksindir


Bütün dünya onları koronavirusa qarşı ilk peyvəndi hazırlayan alimlər kimi tanıyır. Lakin Almaniyanın “BioNTech” şirkətinin təsisçiləri Uğur Şahin və Özlem Tureçi on illər boyu xərçəng xəstəliyinin çarəsini tapmağa çalışır. Hazırda onlar səylərini yenidən xərçəng xəstəliyinin müalicəsinə yönəldiblər. Amerikanın Səsinin Türk xidmətinin jurnalisti Dilge Timuçin bu yaxınlarda Vaşinqtonda elmi konfransda iştirak edən Uğur Şahinlə bu haqda söhbət edib.

Uğur Şahin və Özlem Tureci COVID-19-a qarşı peyvəndi hazırlayaraq tarixə düşdülər. İndi onlar öz əvvəlki fəaliyyətlərinə qayıdır; alimlər xərçəng xəstəliyinin çarəsini tapmağa çalışır.

BioNTech şirkəti COVID-19-a qarşı peyvəndin hazırlanmasında istifadə edilən eyni mRNA (mesajçı RNT) texnologiyasından istifadə edərək, xərçəngin yeni müalicə üsulunun inkişaf etdirilməsi üzərində işləyir.

Bu yaxınlarda Vaşinqtonda xərçəng xəstəliyinin müalicəsi ilə bağlı konfransda iştirak edən Uğur Şahin mRNA texnologiyası ilə qanda bədxassəli neoplazmaların müalicəsində istifadə edilən CAR T-hüceyrə terapiyasını birləşdirərək yeni elmi kəşflər ümid bəsləyir.

Alimlərin məqsədi bərk şişləri hədəf alan müalicə məqsədilə bu iki texnologiyanı birləşdirməkdən ibarətdir.

“Bu günə qədər CAR T-hüceyrələrinin (KAR T oxunur) bərk şişlərə təsirinə dair inandırıcı sübut yoxdur. Lakin biz inanırıq ki, düzgün hədəf və vaksinin bir araya gəlməsi ilə bu məhdudiyyəti aradan qaldıra bilər”, Uğur Şahin bildirib.

CAR T(hüceyrə) müalicəsi xəstələrdən T hüceyrələrinin alınmasını, onların xərçəngi hədəf alması üçün genetik olaraq dəyişdirilməsini və sonradan şişləri hədəf alması üçün yenidən xəstənin bədəninə yeridilməsini nəzərdə tutur.

Uğur Şahin Claudin-6 zülalının əldə edilməsinə çalışdığını deyir. O hazırda bədəndə CAR T-hüceyrələrinin yaranması qabiliyyətini artırmaq və xərçəngə qarşı daha davamlı müddətdə mübarizə aparmaq üçün CAR T-hüceyrə terapiyasını vaksinlərlə birləşdirmək üçün tədqiqatları davam etdirir.

Claudin-6 şiş hüceyrələrinə təsir göstərir. Bəli, bizim T-hüceyrələrimizdə reseptorumuz var, Claudin-6-nı tanıyan CAR T-hüceyrə reseptorumuz var. Bu CAR T-hüceyrələri daxil edilərsə, onlar şiş hüceyrələrini tanıyır və onları öldürür, lakin müəyyən vaxtda onlar bunu etməyi dayandırır”, Uğur Şahin deyib.

CAR T-hüceyrə terapiyası zamanı yarana biləcək problem toksiklikdən ibarətdir.

Tibb mütəxəssisləri bunun güclü iltihab və beyin şişməsi ilə müşayiət olan sitokinlərin sintezi sindromuna səbəb ola biləcəyi bildirərək, bunun ölümcül ola biləcəyini deyir.

Tədqiqatçıların bildirdiyinə görə, sağlam hüceyrələrdə BioNTech şirkəti tərəfindən aparılan terapiyanın hədəf aldığı Claudin-6 proteininin olmaması bu riski minimuma endirir.

“Tədiqiqatlarımızdan biz bunun hələ tez olduğunu və bu növ müalicənin təhlükəsiz göründüyünün şahidi olduq. Biz bəzi xəstələrdə şişlərin kiçilməsi kimi klinik fəaliyyət görürük ki, bu da təqdirəlayiqdir”, Uğur Şahin bildirib.

O deyir ki, məqsəd təkcə şişi kiçiltmək deyil. Bunun həm də yenidən yaranmaması vacibdir.

Uğur Şahin tədqiqatlarda iştirak edən pasiyentlərin dəqiq sayını göstərməsə də, onların sayının təxminən 20-25 nəfər olduğunu deyir.

Tədqiqatlar üçün xəstələrin seçimi hədəf alınan Claudin-6-nın şiş hüceyrələrində nə dərəcədə özünü göstərməsindən asılıdır.

“Bunlar testis xərçəngi, yumurtalıq xərçəngi olanlar, endometrium xərçəngi, uşaqlıq yolu xərçəngi olan xəstələrdir. Biz həmçinin sarkoma, yumşaq toxuma sarkoması olan xəstələri də daxil edirik. Bizdə nadir döş xərçəngi növü olan xəstələr də var idi. Amma bunlara daha az rast gəlinir”, Uğur Şahin bildirib.

Uğur Şahin Vaşinqtonda Xərçəng İmmunoterapiya Cəmiyyətinin illik toplantısında klinik tədqiqatların bəzi çox erkən nəticələrini təqdim edib.

BioNTech şirkətinin təsisçisinin sözlərinə görə, tədqiqatların tam başa çatdırılıb müalicə kimi tətbiq edilməsinə qədər müddət adətən üç-dörd il çəkir.

ABŞ-da bundan öncə CAR T-hüceyrə müalicəsi təxminən 400 000 dollara başa gəlirdi. Gələcəkdə BioNTech şirkətinin təqdim etdiyi müalicə üsulunun nə qədər başa gələcəyini hazırda proqnozlaşdırmaq çətindir.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG